Filippin qartalı () – Filippindəki meşələrdə endemik olan və "Accipitridae" ailəsinə aid kritik təhlükə altında olan qartal növü.

Xüsusiyyətləri Filippin qartalının uzunluğu 86-102 sm, çəkisi isə 4,04-8 kq arasında dəyişir. Onun lələkləri qəhvəyi və ağ rəngdədir, başı isə tüklüdür. Bu qartal, uzunluğu və qanad səthinin sahəsi baxımından dünyada mövcud olan ən böyük qartal növü hesab olunur.Kennedy, R. S., Gonzales, P. C.; Dickinson, E. C.; Miranda, H. C. Jr. and Fisher, T. H. (2000). A Guide to the Birds of the Philippines. Oxford University Press, New York.

Təhlükəsi Filippin qartalının ən böyük təhdidi onun yaşayış sahəsinin itirilməsidir. Bu, onun yayılma sahəsinin əksər hissəsində meşələrin intensiv şəkildə kəsilməsinin nəticəsidir. Bu səbəbdən, Filippin qartalı IUCN Qırmızı Siyahısında "kritik təhlükə altında" kimi təsnif edilir. Filippin qartalını öldürmək qanunla cinayət sayılır və bu, 12 ilə qədər həbs və ağır cərimələrlə cəzalandırılır.

İstinadlar

Kateqoriya:Qartallar Kateqoriya:İlanyeyənlər Kateqoriya:1897-ci ildə təsvir edilən quşlar Kateqoriya:Cənub-Şərqi Asiya quşları Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar