Qəza sığortası və ya bədbəxt hadisələrdən sığorta () — gözlənilməz hadisələr və qəza nəticəsində yaranan maliyyə itkilərini qarşılayan sığorta növüdür. Bu sığorta şəxsə və ya ailəyə qəza zamanı tibbi xərclərin ödənilməsində, iş qabiliyyətini müvəqqəti və ya daimi itirdiyiniz halda gəlir itkisinə qarşı maliyyə təminatı təqdim edir.
Azərbaycanda qəza sığortası geniş şəkildə təklif olunur. Yerli və beynəlxalq sığorta şirkətləri fərdi və qrup qəza sığortası məhsulları təqdim edir. Əmək Məcəlləsinə əsasən, bəzi peşələr üçün qəza sığortası məcburidir (xüsusilə tikinti, istehsalat sahəsində çalışan işçilər üçün).
Məqsədi Qəza sığortası, şəxsin qəza nəticəsində üzləşə biləcəyi tibbi xərcləri (əməliyyatlar, dərmanlar, xəstəxana qalma), fiziki xəsarətlər (məsələn, əlillik və ya müəyyən funksiyaların itirilməsi), ölüm hallarını və ya iş qabiliyyətinin itirilməsini təminat altına almaq üçün nəzərdə tutulub.
Qəza sığortası üzrə əsas təminatlar Xəstəxana xərcləri və reabilitasiya xidmətləri. Əlillik və iş qabiliyyətinin itirilməsi. Ölüm halında ailə üzvlərinə ödəniş. Günlük kompensasiya (hospitalizasiya zamanı). Fiziki zədələr və funksional itkini əhatə edən ödənişlər.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Sığorta