() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki təsviri Birillik, hündürlüyü 30-60 sm olan, dik qalxan, çılpaq, yuxarıdan budaqlanan gövdəli bitkidir. Yarpaqları dar xəttvaripaylı ikiqat lələkvaribölümlüdür. Çiçəkləri tək, ağ və ya çəhrayımtıldır. Kasa yarpaqları 3-4 mm uzunluğunda, uzunsov, bəzən kənarları boyunca kirpikvari tüklüdür. Nektarlıqlar təxminən 5 mm uz.-da, tüklü, qısa dırnaqcıqlıdır; Üst dodaq çox qısadır, alt dodaq 2 dar paylara bölünmüşdür. Meyvə qatları 3, 5-6 mm uz., yuxarıya qədər birləşmiş, qısa buruncuqludur. Toxumlar yumurtavaridir.Флора Азербайджана род: Nigella L. / Обр.: Р. Рзазаде. – Баку: АН. Азерб. ССР. т. 4. – 1953. – с. 37-38.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvələmə may-iyun aylarına təsadüf edir. Aşağı dağ qurşağında: meşə talalarında, kolluqlarda, topaq topalarında, əkinlərdə, otlu yamaclarda, quru çay yataqları boyunca yayılır. Mezofit, işıqsevəndir.

Yayılması Dünyada: Fransa, Yunanıstan, İran, İraq, Şimali Qafqaz, Fələstin, İspaniya, Cənubi Qafqaz, Türkiyə, Türkmənistan, Azərbaycanda: Böyük Qafqaz (Quba), Samur-Dəvəçi ovalığı, Kür-Araz ovalığı, Bozqır yaylası, Kür düzü, Kiçik Qafqazın mərkəzi (Ağdam), şimalı, cənubu (Füzuli, Zəngilan, Cəbrayıl).

Növün istifadə sahəsi Gözəl görünüşlü və parlaq çiçəklərinə görə dekorativ bitki kimi becərilə bilər.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Asiya florası