Kənan Yıldız (, təv. , Almaniya) — Almaniyada anadan olmuş türk futbolçusu, İtaliyanın "Yuventus" klubunun və Türkiyə millisinin hücumameyilli yarımmüdafiəçisidir. 2024-cü il Avropa çempionatının iştirakçısı.
O, dünyanın ən yaxşı gənc futbolçulardan biri sayılır.
Həyatı, ailəsi Kənan Yıldız, 2005-ci ildə Bavariyanın Regensburq şəhərində anadan olub. Atası türk, anası almandır. Hələ uşaqlıqdan "Fənərbaxça" azarkeşidir.
Karyerası
Klubda Kənan Yıldız Almaniyanın "Sallern Regensburg", "Jahn Regensburg" və "Bayern Münhen" klublarının yetirməsidir. 2022-ci ildə İtaliyanın "Yuventus" klubuna keçib. 17 dekabr 2022-ci ildə "Juventus Next Gen" farm klubu tərkibində İtaliya C Seriyasında "Virtus Verona" klubuna qarşı matçda debüt edib. 20 avqust 2023-cü ildə o, klubun əsas komandasında debüt edib, A Seriyasında "Udineze" ilə oyunda əvəzedici kimi meydana çıxıb. 23 dekabr 2023-cü ildə K. Yıldız A Seriyasında "Frozinone" ilə matçda "Yuventus"un start heyətində meydana çıxıb və o, həm də bu matçda klubun əsas heyətində ilk qolunu vurub. 15 may 2024-cü ildə "Yuventus" ilə İtaliya kubokunu qazanıb.
17 sentyabr 2024-cü ildə Yıldız "Yuventus" Çempionlar Liqasında debüt edib, PSV ilə matçda start heyətdə meydana çıxıb və qol vurub. Bu, yeni turnir formatında vurulan ilk qol idi. Bu qol ilə Kənan həm də Çempionlar Liqasında "Yuventus"un ən gənc qol vuran oyunçusu oldu və klub əfsanəsi Alessandro Del Pieronun rekordunu qırdı.
Statistika Peşəkar kariyerasıMilli LiqaKubokSuper KubokQitə LiqasıCəmiMövsümKlubLiqa səviyyəsiMQAMQAMQAMQAMQAİtalyaLiqaCoppa ItaliaSupercoppaUEFACəmi2023-24YuventusSeriya A27215232412024-251633116112345Karyerası ərzində cəmi43546216115586 Qeyd: M - matç; Q - qol; A - assist.
Milli komandada O, 17 yaşadək və 21 yaşadək Türkiyə milli komandalarında, həmçinin əsas milli komandada oynayıb.
Statistika №TarixMilli yığma komandaMQA12021-2022Türkiyə U-1710322022-2023Türkiyə U-187213.2023Türkiyə31120241412A Milli* cəmi1723Ümumi cəmi3474 * - Əsas milli.
Oyun üslubu K.Yıldız, cərimə meydaçasından kənardan etdiyi dəqiq və güclü otürmələri və zərbələri ilə məşhur olan müasir yarımmüdafiəçidir. O, özünün yüksək texnikası ilə məşhurdur. Meydançada ən təbii rolu pleymeykerdir və o, daha çox bu güclü cəhəti ilə seçilir. Yarımmüdafiəçi mövqeyindən başqa o, həmçinin vinger kimi də çıxış edə bilir.
Nailiyyətləri Bayern Münhen
17 yaşadək Bundesliqa: 2017-ci il.
Yuventus
İtalia kubokunun qalibi: 2023/24-cü il mövsümü.
Qeydlər
Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Yuventus U-23 FK futbolçuları Kateqoriya:Türkiyə milli futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:2005-ci ildə doğulanlar Kateqoriya:4 mayda doğulanlar Kateqoriya:Almaniya türkləri Kateqoriya:Türkiyə U-17 milli futbol komandası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları