Jaydes və ya əvvəlki adı ilə Evvls (əsl adı: Ceyden Yen Dumont; ) — ABŞ repçisi, müğənni-mahnı yazarı, musiqi prodüseri. O, 2022-ci ildə "underground" hip-hop sənətçisi kimi TikTok və SoundCloud-da yayımladığı "plugg music" janrındakı mahnılarına görə geniş kütlə tərəfindən tanınıb. Onun 2023-cü ildə çıxardığı "Rose" mahnısı bütün platformalar üzrə ümumilikdə 20 milyon dəfədən artıq dinlənilib.

Jaydes müxtəlif "underground" sənətçilərlə də əməkdaşlıq edir. Onun əməkdaşlıq etdiyi bəzi sənətçilərə KA$HDAMI, Riovaz, Rich Amiri və Yung Fazo daxildir. O, bundan əlavə wifiskeleton və Yuke kimi digər sənətçilərlə də dostluq edir. O, mahnılarında əsasən məktəb həyatı, qəlb qırılması və eləcə də marixuana istifadəsi kimi mövzulardan bəhs edir. O, 2024-cü ilin noyabrında onunla seks etməyə razı olmayan 17 yaşlı sevgilisinə çoxsaylı qayçı zərbələri endirib yaraladıqdan sonra saxlanılıb.

Həyatı Dumont 24 fevral 2006-cı ildə haitili ata və dominikanlı-puerto rikolu ananın ailəsində doğulub. İki böyük bacısı ilə Florida ştatının Pompano-Biç şəhərində böyüyüb. Onun atası illər əvvəl R&B mahnıları üzərində işləməyə çalışıb. Hələ kiçik yaşlarından musiqi dinləməyi çox sevib. Uşaqlıqda atasının tanış etdiyi Jodeci-ni və anasının tanış etdiyi Erykah Badu-nu dinlədiyini xatırlayır. Sevimli repçiləri arasında Black Kray, XXXTentacion və Playboi Carti olub. İbtidai sinifdə pianino dərsləri alıb. 13 yaşına qədər boş vaxtını futbol oynamaqla keçirib. Həmin əsnalarda öz yataq otağında bitlər hazırlayır və onların üzərinə rep oxuyurdu. O, Spotify-da 10.000 dinləyici qazanmış, lakin bunu atasından gizlətməyi seçmişdir.

O, 16 yaşında ikən orta məktəbi buraxaraq onlayn təhsilə keçib. Deyir "ayaqyolunda uşaqlar gizlicə şəkillərimi çəkirdilər".

Diskoqrafiya Studiya albomları Ghetto Cupid (2023) Count Up Dracula (2024)

Minialbomlar !? (2021) Romanticism (2022) Heartpacing (2022) Sativa (2022) Bipolar (2024) Panic (2024)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XXI əsr ABŞ repçiləri