Selim Rauf Sarper () — türk diplomatı və siyasətçisi.
Erkən həyatı və təhsili Selim Sarper 1899-cu il iyunun 14-də İstanbulda anadan olub. O, gənclik illərini Almaniyada keçirib, 1918-ci ildə orta məktəbi burada bitirib. Berlin Humboldt Universitetində hüquq təhsili almışdır.
Türkiyəyə qayıtdıqdan sonra Ankara Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib.
Karyerası
Cümhuriyyət dövrünün ilk illərində İstiqlal Məhkəməsində katib vəzifəsində çalışmışdır. 1927-ci ildə Xarici İşlər Nazirliyinə təyin olundu.
Xarici nümayəndəliklərdə məmur və baş katib vəzifələrində çalışıb. Buxarest səfirliyində müşavir vəzifəsində çalışdıqdan sonra Ankarada Mətbuat və Nəşr Baş İdarəsinə təyin edilib. Moskva və Romadakı səfir, Türkiyənin BMT-dəki daimi nümayəndəsi, Türkiyənin NATO Şurasındakı daimi nümayəndəsi və Xarici İşlər Nazirliyinin baş katibi vəzifələrində çalışmışdır.
1960-cı ildə Camal Gürsel hakimiyyəti vaxtı Nazirlər şurasının üzvü və xarici işlər naziri oldu.
1961-ci il seçkilərində Türkiyə Böyük Millət Məclisində iştirak edib və Cümhuriyyət Xalq Partiyasından İstanbul millət vəkili seçilib. 1962-ci ilədək Xarici İşlər Naziri vəzifəsində işləməyə davam edib. 1965-ci ildə yenidən İstanbul millət vəkili seçildi.
11 oktyabr 1968-ci ildə Ankarada vəfat etdikdən sonra cənazəsi İstanbula aparılmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyənin xarici işlər nazirləri Kateqoriya:Türkiyə diplomatları Kateqoriya:Türk siyasətçilər Kateqoriya:TBMM XII çağırış deputatları Kateqoriya:TBMM XIII çağırış deputatları Kateqoriya:İstanbul ilinin deputatları