Harri S. Trumen (; ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945).
İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir.
Birinci Dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır).
Siyasi həyatı və prezidentliyi thumb|left|Klement Ettli, Trumen və İosif Stalin Potsdam konfransında
1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur.
Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur. Bunların arasında İkinci dünya müharibəsinin sona çatması, məhz onun əmri ilə Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atom bombasının atılması, BMT-nin təsis olunması, "Soyuq müharibə"nin başlaması, Marşal planı, Avropanın müharibədən sonra yenidən qurulması, kommunizmin əleyhinə yönəlmiş Trumen doktrinası, NATO-nun yaradılması və Koreya müharibəsi xüsusi yer tutur.
Koreya müharibəsindəki uğursuzluqlar 1952-ci il seçkilərində Respublikaçılar partiyasının namizədi general Duayt Eyzenhauerin qələbəsi ilə nəticələndi. Trumen seçkilərdə öz namizədliyini irəli sürməmişdi.
Sui-qəsd 1950-ci il noyabrın 1-də Puerto-Riko əsilli Qriselio Torresola və Oskar Kolatso Harri Trumenin evinə soxularaq onu öldürməyə cəhd etsələr də, evə daxil ola bilməmiş və silahlı atışmada Qriselio Torresola öldürülmüşdü. Oskar Kolatso məhkəmənin qərarı ilə elektrik stulunda edam cəzasına məhkum olunmuş, lakin Harri Trumen öz qərarı ilə bu cəzanı ömürlük həbs cəzası ilə əvəz etmişdir.
Ölümü Harri Trumen 1972-ci il 26 dekabrda səhər saat 7:50-də Kanzas-Sitidə pnevmoniyadan vəfat etmişdir.
Xarici keçidlər
Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ vitse-prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:ABŞ hərbçiləri Kateqoriya:Missuridə vəfat edənlər Kateqoriya:Masonlar Kateqoriya:Demokrat Partiyasının üzvləri (ABŞ) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1952) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1948) Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:Amerikalı masonlar Kateqoriya:ABŞ-də liberalizm Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları