– Yaponiya fotoqrafı. Əsasən Naqasakidə fəaliyyət göstərmişdir.
Həyatı və karyerası Kameya Tokuciro 1825-ci ildə doğulmuşdur. Fotoqrafiyanı Decima adasında hollandlardan öyrənmişdir. 1862-ci ildə Tomişiqe Rihey onun şagirdi olmuş, ondan fotoqrafiyanı öyrənmişdir. O, 1868–1869-cu illərdə Naqasakidə yenə Kameyanın şagirdi olmuşdur. Kameya 1862-ci ildə Kiotoya köçərək şəhərdəki ilk kommersiya məqsədli fotostudiyanı açmışdır. Onun daha öncə Naqasakidə fotostudiyada açdığı güman olunur.
Kameya 1868-ci ildə Naqasakiyə qayıdaraq şəhərin Kinoşita bölgəsində yeni fotostudiyanın əsasını qoymuşdur. Vladivostokda fotostudiyanın filialını açmışdır. 1884-cü ildə Vladivostokda ölmüş və fotostudiyası fəaliyyətini dayandırmışdır.
Ailəsi Qızı atasının Naqasaki studiyasında ona kömək etmişdir və Yaponiyanın ilk qadın fotoqraflarından biri hesab olunur. Kameya ailəsi 1871-ci ildə övladlığa götürmüşdür. O, Kameya Teyciro adını götürmüş və Naqasaki studiyasında işləməyə başlamışdır. 1880-ci ildə fotostudiyanın Koreya filialını açmış, lakin 1885-ci ildə ölmüşdür.
Həmçinin bax Ueno Hikoma – Naqasakidə kommersiya məqsədli ilk fotostudiyanı açmış fotoqraf.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya fotoqrafları Kateqoriya:Meyci dövrü şəxsləri Kateqoriya:Fotoqrafiyanın qabaqcılları