Ələt hava limanı — Ələt qəsəbəsində tikilməkdə olan beynəlxalq hava limanı. Hava limanı Ələt Azad İqtisadi Zonasında yerləşəcək. Hava limanının 2027-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir.

Aeroportun illik yükaşırma gücünün ilkin mərhələdə 500 min ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. Hava limanı, ilk növbədə, iqtisadi zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınmasını təmin edəcək.

İstinadlar

Kateqoriya:Azərbaycan hava limanları Kateqoriya:Tikinti mərhələsində olan bina və qurğular