Donald Tredqold (; ) — ABŞ tarixçisi, slavyanşünas və sovetoloq. Slavyan, Şərqi Avropa və Avrasiya Araşdırmaları Assosiasiyasının prezidenti (1977).

Fəaliyyəti 1943-cü ildə Oreqon Universitetini bitirib. 1943–1946-cı illərdə Avropada orduda xidmət edib, hərbi kəşfiyyatda kapitan rütbəsinə qədər yüksəlib. O, 1947-ci ildə Harvard Universitetində magistr dərəcəsi, üç il sonra isə Oksford Universitetində tarix üzrə doktorluq dərəcəsi alıb. 1949-cu ildə o, Vaşinqton Universitetinə daxil olub, 1993-cü ilin iyun ayının sonunda oradan ayrılıb. On il Tarix kafedrasına rəhbərlik etmişdir. Slavyan, Şərqi Avropa və Avrasiya Araşdırmaları Assosiasiyasının prezidenti (1977). 1968–1975-ci illərdə "Slavyan icmalı" () jurnalının redaktoru olmuşdur.

Əsərləri

Lenin and His Rivals: The Strungle for Russia's Future 1898-1906 (1955); The Great Siberian Migration (1957; 1976, ikinci nəşri); Twentieth Century Russia (1959); The Development of the USSR (1964); Soviet and Chinese Communism (1967); The West in Russia and China (1973; 1985, ikinci nəşri); A History of Christianity (1979); Gorbachev and the Soviet Future (1988; həmmüəllif); Freedom: A History (1990); Byzantium and Its Army, 284-1081 (1995); The Treadgold Papers in Russian, East European, and Central Asian Studies (2003).

İstinadlar

Xarici keçidlər

Donald Treadgold Lecture and Papers Professor Donald Treadgold, UW Scholar Of Russian History

Kateqoriya:ABŞ tarixçiləri Kateqoriya:Slavyanşünaslar Kateqoriya:Sovetoloqlar