Seyidəkəran — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kənarmeşə inzibati ərazi vahidində tərkibində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 1048 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Coğrafiyası və iqlimi Lənkəran ovalığında yerləşir. Kənd qərbdən Tütəpeştə kəndi, cənubdan Xolmili kəndi, şərq tərəfdən isə Kənarmeşə kəndi ilə həmsərhəddir.

Toponimiyası Oykonim seyid (dini rütbə) və kəran (evlər) komponentlərindən düzəlib (-ə mənsub, bildirir), “seyidlərin evləri” mənasındadır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.

Tarixi 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri