və ya doğum adı ilə – Yaponiya fotoqrafı, elmi yazıçısı və ixtiraçısı. Karakuri kuklaları hazırlamaqla yanaşı fotoqrafiya sahəsində təcrübələr aparmışdır. Onu "Kaqa əyalətinin Hiraqa Qennayı" ləqəbi ilə adlandırırlar.
Həyatı və karyerası Ono Benkiçi 1801-ci ildə Kioto şəhərində doğulmuşdur. 20 yaşında olanda Naqasaki şəhərinə köçərək Qərb tibbini və elmlərini öyrənmişdir. Tsuşima adasında silah və riyaziyyat təhsili aldıqdan sonra Kiotoya qayıtmış və evlənmişdir. 1831-ci ildə həyat yoldaşının doğulduğu İşikava prefekturasının Ono qəsəbəsinə köçmüş və həyatının sonuna qədər burada yaşamışdır. 1870-ci ildə ölmüşdür. Məzar daşı Densen məbədində yerləşir.
Ono fotoqrafiya sahəsində təcrübələr aparmış ilk yaponlardan biri olmuşdur. Onun çəkdiyi foto 1857-ci ildən əvvələ aid edilir. Ono müxtəlif mexanizmlər, kameralar, lampalar, fişənglər saatlar və teleskoplar hazırlamışdır. Rəssamlıq, ağacişləmə, şüşəçilik, bambuk sənəti ilə məşğul olmuşdur. adlı ixtirası statik elektrik istehsal etmək üçün nəzərdə tutulmuş və tibb sahəsində istifadə olunmuşdur. Hazırladığı məşhur mexanizmlərdən biri "Çay servis edən oğlan" adlanır.
İrsi və xatirəsi İşikava prefekturasında yerləşən Karakuri Memorial Muzeyi Ononun ixtiralarına və həyatına həsr olunmuşdur. Burada onun hazırladığı karakuri kuklaları sərgilənir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya fotoqrafları Kateqoriya:Yaponiya ixtiraçıları Kateqoriya:Karakuri