thumb|Araşdırılan istifadəçi qrupu olan Materik Çini Vikimediaçılarının loqosu

13 sentyabr 2021-ci ildə Vikimedia Fondu Çincə Vikipediyaya aidiyyəti olmayan Vikipediya istifadəçi qrupu olan Materik Çin Vikimediaçıları qrupunun istifadəçilərini araşdırdıqdan sonra Çincə Vikipediyada bəzi rəsmi tədbirlər gördü.

13 sentyabr 2021-ci il GMT ilə saat 16:13-də (Pekin vaxtı ilə 00:13, 14 sentyabr 2021-ci il) Vikimedia Fondu yeddi istifadəçini qlobal olaraq blokladı, on iki hesabın inzibati hüquqlarını ləğv etdi və digər on iki istifadəçiyə xəbərdarlıq etdi. Çincə Vikipediyanın ən aktiv on inzibatçısından dördünün hüquqları ləğv edildi. Bu tədbirlər 13 sentyabr 2021-ci ildə Vikimedia Fondunun Hüquq Departamentinin İcma Dayanıqlığı və Davamlılıq üzrə vitse-prezidenti Meqqi Dennis tərəfindən açıqlanmışdı.

Zəmin Materik Çində senzuraya məruz qalmasına və VPN-lərə adətən Vikipediyanı redaktə etməyə icazə verilmədiyinə baxmayaraq, Çindən olan Vikipediya administratorları müəyyən sayda materik istifadəçisinə IP blokundan azad olma hüququ veriblər. Bu istifadəçilər, Çinin maraqlarını dəstəkləmək üçün Vikipediyada redaksiya məzmununu dəyişdirmək və/yaxud Çin Kommunist Partiyasının öz narrativini dünya miqyasında etibarlı platformalarda yerləşdirmək üçün koordinasiyalı səylərinin bir hissəsi olaraq Vikipediyaya nəzarəti əldə etmək məqsədilə Vikipediyada hökumətyönlü adminlərin seçilməsinə dəstək vermək üçün cəlb edilirdilər.

Öz-özünə senzura və kommersiyalaşma problemləri ilə üzləşən yerli Vikipediya rəqibi olan Baidu Baikeni tərk edən könüllü redaktorların Çincə Vikipediyaya köçü müşahidə olunurdu. Çünki onlar "böyük beynəlxalq güc olan" "yüksək keyfiyyətli internet ensiklopediyasında işləmək imtiyazı istəyirdilər". Müşahidəçilər bu cür hərəkətlərin təkcə vətənpərvər vətəndaşlara görə deyil, "Twitter" və "Facebook" kimi "Vikipediya" ilə yanaşı, "hökumətin bu platformaları manipulyasiya etmək üçün daha böyük strukturlu koordinasiyalı strategiya" ilə bağlı olduğunu irəli sürürlər.

Şərhlər Fondun bu tədbirlərlə bağlı rəsmi açıqlamasında Meqqi Dennis Fondun gördüyü tədbirlərin radikal xarakterli olduğunu bildirdi, lakin qərarın bir sıra mülahizələrə və dərin araşdırmaya əsaslandığını vurğuladı. Fond Meqqi Dennisin mediaya bəzi şəxslərin məqalələrin məzmununu, eləcə də inzibatçı seçki prosesini manipulyasiya etməyə çalışdığını və digər redaktorların fiziki xəsarət aldığını deməsindən sonra tədbir görmək qərarına gəlib. Dennis burada Çin hökumətini ittiham etmək niyyətində olmayıb.

Buna cavab olaraq, Materik Çin Vikimediaçıları qrupu Qiuwen saytında açıq məktub yerləşdirərək Vikimedia Fondunun tədbirlərini əsassız adlandırıb və əməli tədbirlərlə təzyiqlərə müqavimət göstərmək niyyətini bildiriblər. Rəsmi olaraq Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinə məxsus olan və idarə olunan "Global Times" nəşri Vikimedia Fondunun Çinli redaktorları "təmizlədiyini" iddia edib.

BBC Tech Tent proqramına müsahibəsində Vikimedia Fondunun yeni baş icraçı direktoru Maryana İskəndər Vikipediya icmasının muxtariyyətini vurğulayıb və "Bu prosesdə öyrəndiyim ən erkən şeylərdən biri odur ki, Vikimedia Fondu redaksiya siyasətinin müəyyən edilməsində, əlbəttə ki, rol oynamır və bunlar icmalarda baş verən müzakirələrdir" deyib.

Vikipediyanın həmtəsisçisi Cimmi Vels BBC-yə verdiyi müsahibədə "Dünyanın hər yerindən insanlarla danışmaqda dərin təcrübəm var və məsələn, Çindəki insanların beyni o qədər yuyulub ki, neytrallığın sadəcə yalan olduğunu görə bilmirlər" deyə qeyd edib, ancaq daha sonra "Çini görməzlikdən gəldiyimiz iddiası absurddur. Biz Çindən olan redaktorları qucaq açaraq qarşılayırıq" deyə bildirib.

İstinadlar

Kateqoriya:Vikipediya tarixi Kateqoriya:Vikimedia Fondu Kateqoriya:Vikipediya mübahisələri