Lüvəsər — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
Lüvəsər talışca çayın o biri sahili deməkdir. Orijinal adı Lüəsədir. Bu da rü ə sə sözündən yaranmışdır. Lüvəsər kəndinin əsasını hazırkı həmin kənddə mövcud olan Muradovlar sülaləsi qoymuşdur. Belə ki, tarixi araşdırmalara baxdıqda görmək olur ki, (ƏSASƏN PROF. HUNTLERR DUFF və fars tarixçisi XIX əsrdə yaşamış Seyyid Nəcəf Dəryapur. "Şəcərəye Sasani" əsəri 3-cü lid səh. 325–376) əsilləri Sasani hokümdarlarinin nəlindən olan, bir müddət iranda yaşayan, daha sonra Lerik rayonun Sori kəndində məskunlaşan və həmin nəsldən də Lənkəran Lerik yolunun üzərində çay kənarında məskunlaşmış Dərya qulu adlı daha sonra Səyad adlanan şəxs tərəfindən qoyulmuşdur. Müxtəlif mənbələrə görə həmin kəndin əsasını Səyyad adlı şəxs qoymuş. Lakin bu günə qədər də kəndin əsasını Qəryaqulu və ya Səyyad tərəfindən qoyulması haqqında ziddiyyətli fikirlər mövcuddur. Amma hər iki şəxs bir nəslin davamçısı olmaqla- ata oğlu nəvə kimi nəsl davam etmişdir.
Coğrafiyası və iqlimi Çox səfalı təbiətə malikdir. Yayda, adətən, isti və rütubətli olur. Buna görə də, sitrus meyvələrinin yetişdirilməsi üçün əlverişli iqlimə malikdir.
Əhalisi Lüvəsər bələdiyyəsində 1121 nəfər qeydiyyatdadır.
Din Kənddə Lüvəsər kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri