Hikmət Əlizadə (tam adı: Hikmət Əbdül Əlizadə) pedaqoji elmlər doktoru, professor, Elm və Təhsil Nazirliyi (Azərbaycan) yanında İctimai Şuranın üzvü.

Həyatı Hikmət Əlizadə 1 sentyabr 1956-cı ildə Bakı şəhərində anadan olub. 1963-1973-cü illər orta məktəbdə təhsilini alıb, 1973-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına ADPU) Ümumi texniki fənlər fakültəsinə qəbul olub. 1978-ci ildə isə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1978-ci ildə sentyabr ayından 9 nömrəli internat məktəbində müəllim vəzifəsində çalışıb. 1984-cü ildən BDU-da pedaqogika kafedrasında müəllim, dosent, professor vəzifələrində işləyir. 2006-cı ildən Sosial elmlər və psixologiya fakültəsinin dekanıdır. Ailəlidir, iki övladı var.

Təhsili, elmi dərəcəsi və elmi adları 1973-1978-сi illərdə tələbə, ümumi texniki fənlər fakültəsi, V.İ.Lenin adına APİ (indiki N.Tusi adına ADPU) 1980-1984-cü illərdə pedaqogika ixtisası üzrə aspirant(SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki ADU-i)); 1985-ci il, pedaqoji elmlər namizədi(Tbilisi şəhərində N. Qodebaşvili adına Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutu); 1996-cı il pedaqoji elmlər doktoru, “Tərbiyənin demoqrafik problemləri” mövzusu, Azərbaycan Respublikası ETPEİ;

Əmək fəaliyyəti 1978-ci ilin sentyabr ayından 9 saylı internat məktəbində müəllim; 1984-ci ildən Bakı Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasında assistant; 1987-ci ilin dekabr ayından müsabiqə yolu ilə BDU-nun pedaqogika və psixologiya kafedrasında dosent; 1998-ci ilin may ayından BDU-nun Pedaqogika kafedrasının professoru. 2006-cı ildən Sosial elmlər və psixologiya fakültəsinin dekanı.

Seçilmiş əsərləri Pedaqogika tarixində sosial pedaqoji ideyalar. Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası. Bakı, 2006, №3, s.139-147. Şaqirdlərin tərbiyəsində asudə vaxtın rolu. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Elmi əsərləri., Bakı 2007, №1, s.166-170. Ailədə uşaqın sosial inkişaf şəraiti - ətraf mühitin sosial komponentidir. Bakı Dövlət Universiteti akademik Həsən Əliyevin 100 illiyinə həsr olunmuş “Ekoloqiya: təbiyət və cəmiyyət problemləri”. Beynəlxalq elmi konfrans 8-9 noyabr, Bakı, 2007. “Qloballaşma şəraitində müasir pedaqogika elminin aktual problemləri” Beynəlxalq elmi-praktik konfransının materialları, Bakı, 2007, s.595. Demokratiya Azərbaycanın seçdiyi və inamla irəlilədiyi yoldur. Ü.Şəfiyevlə birqə. “Azərbaycan” qəzeti, 29 noyabr, 2007, s.3. Şaqirdlərin vaxt büdcəsivə ünsiyyət tələbatının təmin edilməsi. Elmi-praktik konfransının materialları. 2007, с.74-76. Milli fəlsəfə dərsliyi. Q. Abbasova ilə birqə. “Xalq” qəzet, 8.12.07. “Yeni sosiologiya dərsliyi”. Q. Abbasova ilə birqə. «Xalq qəzeti», 4.04.2008, Bakı, 2008, s.3. Yazıçı və zaman. «Mir Cəlal Paşayevin sosial pedaqoji baxışları». Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. s.303-305. Əsrin meqameylləri psixoloji problemləri. Ə.Əlizadə ilə birqə. I cild. Monoqrafiya. ADPU-nun nəşriyyatı. Bakı, 2008, s.479. Əsrin meqameylləri psixoloji problemləri. Ə.Əlizadə ilə birqə. II cild. Monoqrafiya. ADPU-nun nəşriyyatı. Bakı, 2008, s.598. Əsrin meqameylləri psixoloji problemləri. Ə.Əlizadə ilə birqə. III cild. Monoqrafiya. ADPU-nun nəşriyyatı. Bakı, 2008, s.501. Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya qiriş. Ə.Əlizadə ilə birqə. Monoqrafiya. ADPU-nun nəşriyyatı. Bakı, 2008, s.479. Təhslin sosial pedaqoji məsələləri. Q.Abbasova R. Mahmudova ilə birqə. Dərs vəsaiti. Turan evi nəşriyyatı. Bakı, 2008, s.202. Sosial işin bəzi aktual problemləri. Q.Abbasova R. Mahmudova ilə birqə. Müasir dövrdə sosial-siyasi və iqtisadi problemlər» (Məqalələr toplusu). II buraxılış. Bakı, 2008, s.71-78 Pedaqoji psixologiya. Proqram. Bakı,BDU,2011,3 ç.v. «Pedaqogikanın əsasları» dərs vəsaitinə rəy. Bakı, BDU, 2011, 18 ç.v. «Ali məktəb pedaqogikası» dərs vəsaitinin redaktoru. Bakı, BDU, 2011, 15 ç.v. Sosial elmlər və psixologiya -20. kitab. Bakı, BDU, 2011, 9,3 ç.v.

2015-ci ilə aid elmi fəaliyyətinin bir qismi Azərbaycan təhsilində təxəyyül mərhələsi (R.Mahmudova) Məq. V Beyn. Təhsil Forumu, Kipr, XI 2015 Ali məktəb mühazirəsi və onların tipləri (L.Qasımova) Məq. VII Resp. E. Pr. Konfr. Mat. B. V. 2015, s. 213-215 Ümumi təhsil kurikulumun əsasları (M.İsmixanov) dərs vəsaiti Elmi redak. B., ADPU, 2015, 12,5 ç.v. Pedaqogika (R.Hüseynzadə) dərslik Rəy B., ADPU, 2015, 20 ç.v. The role of the “teacher-student” relations in the formation of “residual” knowledge (R.Mahmudova) (İmprapakt-faktorlu jurnal) Məq. Indian Journal of Fundamental and Applied Life Sciences 2015, s. 911-918

2016-2017-ci ilə aid elmi fəaliyyətinin bir qismi The psychological Analysis of Factors Influencing the Development of Intergenerational Relationships in Family. Məqalə, İmpact Factor jurnal. 2016 Multicultural Family in the Modern World. Məqalə, “Family in Situation of conflict and danger” adlı beynəlxalq konf. Polşa 2016 Sürekli eğitim kimliğinin sosyallaşması faktörü (həmmüəllif). Məqalə, VII Uluslararası eğitim yönetimi forumu. Kipr noyabr, 2016 Fasiləsiz təhsil sistemi və şəxsiyyətin sosiallaşması problemi. Tezis, SEP –25, Resp. e/konf, XII.2016 s. 140-142 Tələbələrlə fərdi işin aparılmasına dair. Məqalə, Resp. e/k. V, 2016, s. 237-239 Təhsilin əsasları (M.İsmixanov) dərslik. E/red., B, ADPU, 2016, 13 ç.v Ali məktəb pedaqogikası (M.İsmixanov) dərs vəsaiti. B, ADPU, 2016, 15 ç.v Ümumtəhsil kurikulumun əsasları, dərslik. E/red., B, ADPU, 2016, 12,5 ç.v Yeni təhsil konsepsiyası inkişaf nəzəriyyəsi müstəvisində, Məqalə. // IX resp. e/konf, 4 may 2017, səh. 53-54 Ənənəvi təlimdən yeni pedaqoji təfəkkürə gedən yol, Məqalə // Resp. e/konf, 6 dekabr 2017. səh. 11-16

100-dən artıq elmi əsərin, o cümlədən 10 kitab, 2 dərs vəsaiti, 5 monoqrafiyanın, 6 proqramın, 4 metodik tövsiyənin müəllifidir.

İstinadlar

Xarici keçidlər “Şöhrət” ordenli müəllim, alim Hikmət Əlizadə: Keyfiyyətli müəllim uğurlu təhsilin əsasıdır

Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan Respublikasının qabaqcıl təhsil işçiləri