Girdəni — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.Azərbaycan Respublikasının inzibati-erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 5014 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Keçmiş adı Rəzi Girdəni olmuşdur. Rəzi talış dilində "tənəklik, üzümlük" deməkdir. Oykonim talış dilində Qırdəni şəklində tələffüz edilir. Bəzi tədqiqatçılar kəndin adını qırdə (yığılmış, yığcam) sözündən və -ni (-ma, -mə inkarlıq ədatı) şəkilçisindən ibarət "evləri dağınıq, pərakəndə kənd" kimi izah edirlər. Lakin Azərbaycan toponimiyasında girdə coğrafi termin kimi dairəvi relyef formasında olan hündürlüklərə deyilir. -ni şəkilçisi -li (mənsubluq bildirir) şəkilçisinin yerli tələffüz formasıdır. Rayonun ərazisində eyniadlı çay da var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri