thumb|Androgenlərə həssaslıq sindromu.|alt=Androgenlərə həssaslıq sindromu. Androgenlərə həssaslıq sindromu — (androgen müqavimət sindromu, Morris sindromu, testikulyar feminizasiya sindromu) androgen reseptorları vasitəsilə gendə baş verən mutasiyalar nəticəsində, cinsi inkişaf dövründə yaranan anadangəlmə endokrinologiya variasiyadır. Belə sindromlar anormal reseptorun strukturundan və həssaslığından asılı olaraq dəyişir. Bu sindromdan əziyyət çəkən şəxslərin bədənləri müəyyən kişi cinsi hormonlarına (androgenlər adlanır) cavab verə bilmədiklərindən, onlar tez-tez qadın cinsi xüsusiyyətlərinə malikdirlər və ya həm kişi, həm də qadın cinsi inkişafının əlamətlərini göstərirlər. Androgenə qarşı həssaslıq sindromu yalnız Y xromosomuna sahib şəxslərdə qeydə alınır. Sindroma xas olan xüsusiyyətlərdən biri də X xromosomunun resessiv irsilik ilə əlaqəli olmasıdır.
Androgenə həssaslıq sindromunun cinsiyyət orqanlarının kişiləşmə dərəcəsinə görə üç növü ayırd edilir: tam androgenə həssaslıq sindromu (xarici cinsiyyət orqanının qadın fenotipinə malik olduğu); yüngül androgenə həssaslıq sindromu (xarici cinsiyyət orqanında kişi fenotipi olduqda) ; qismən androgenə həssaslıq sindromu (xarici cinsiyyət orqanları qismən kişiləşdikdə). Bu vəziyyətdə olan xəstələrə kömək etmək üçün simptomatik üsullardan istifadə edilir. Müasir dövrdə AR genindəki mutasiyalar nəticəsində yaranan, anormal fəaliyyət göstərən androgen reseptor zülalların fəaliyyətini düzəltmək üçün heç bir üsul yoxdur. Tibbi yardım üsullarına isə genitoplastika (xəstənin istəyi ilə), gonadektomiya (şiş riskinin inkişafı hallarında), hormon əvəzedici terapiya, genetik məsləhət və psixoloji dəstək kimi üsullar aid edilir. thumb|200px|Ananın daşıyıcı, atanın isə sağlam olduğu hal X ilə əlaqəli resessiv irsiyyətin ən çox görülən halıdır
Genetika thumb|İnsan androgen gen reseptoru İnsan androgen reseptoru (AR) X xromosomunun (lokus Xq11-Xq12) proksimal uzun qolunda yerləşən gen tərəfindən kodlanmış bir zülaldır. Zülal kodlaşdırma bölgəsi təxminən 2757 nukleotiddən (919 kodon) ibarət, səkkiz ekzonu əhatə edən 1–8 və ya AH şəklində təyin edilir. İntronların ölçüləri 0,7 ilə 26 kb arasında dəyişir. Digər nüvə reseptorları kimi AR zülalı da bir neçə funksional domendən ibarətdir. Bunlar transaktivasiya sahəsi (həmçinin transkripsiya tənzimləmə sahəsi və ya amin/NH2 terminal domeni adlanır), DNT bağlayan domen, menteşə bölgəsi və steroid bağlayan domendir(karboksil liqand bağlayan sahə). Transaktivasiya sahəsi ekson 1 tərəfindən kodlanır və AR zülalının yarısından çoxunu təşkil edir. 2 və 3-cü ekzonlar DNT-ni birləşdirən sahəni, 4-cü ekzonun 5-ci hissəsi isə menteşə bölgəsini kodlayır. 4-dən 8-ə qədər olan ekzonların qalan hissəsi liqand bağlama domenini kodlaşdırır.
AR genindəki mutasiyalar 2010-cu ildən etibarən AR mutasiya məlumat bazasında bu genin 400-dən çox mutasiya növü qeydə alınmışdır və onların sayı gün keçdikcə artmaqdadır. Nəsildən-nəslə ötürülmə adətən ana xətti və X resessiv ötürülmə vasitəsilə baş verir. Təxminən 30% hallarda AR gen mutasiyası spontan xarakter daşıyır və ötürülmür Bu cür de novo mutasiyaları valideynlərdən birinin cinsiyyət orqanında olan qonosit mutasiyasının, mayalanmış yumurta hüceyrənin özündə olan mutasiyaların təsiri nəticəsində yaranır. Aparılan araşdırmalar nəticəsində, səkkiz de novo mutasiyalarından üçünün postziqotik olaraq baş verdiyi müəyyən edilmişdir. Lakin hər AR gen mutasiyası androgen həssaslığı ilə nəticələnmir. Belə ki, xüsusi mutasiya genetik kişilərin 8–14%-də baş verir və digər genetik faktorlarla birgə mövcud olduqda mənfi təsir göstərdiyi düşünülür.
Digər səbəbləri Tam və ya qismən həssaslığı olan bəzi fərdlərdə androgen həssaslıq sindromunun diaqnozunun qoyulması üçün tələb olunan bütün klinik, hormonal və histoloji xüsusiyyətlərin müəyyən olunmasına baxmayaraq, AR gen mutasiyaları olmaya da bilir. Tam androgen həssaslığı olan qadınların 5%-ə qədərində, qismən androgen həssaslığı olan insanların isə 27% ilə 72% arasında AR gen mutasiyaları yoxdur. Bəzən xəstələrdə qismən androgen həssaslığının olmasının əsas səbəbi steroidogen faktor-1 (SF-1) zülalında mutasiyanın olmasıdır. Tam androgen həssaslığı, normal androgen reseptorunun N-terminal bölgəsindən hüceyrənin əsas transkripsiya mexanizminə transaktivasiya siqnalının ötürülməsində yaranan çatışmazlıq nəticəsində baş verdiyi hallarda müşahidə edilmişdir.
XY karyotipi 46, XY, karyotipi olan insanda mutasiyadan asılı olaraq həm kişi, həm də qadın fenotipi ola bilər. Belə şəxslərdə cinsi vəzilər Y xromosomunun mövcudluğuna görə fenotipindən asılı olmayaraq testislər olur. 46, XY karyotipinə sahib olan bir insan 46, XX, karyotipi olan bir qadından xarici görünüşü ilə fərqlənməsə də, yumurtalıqlara və uşaqlığa sahib deyildir.
Androgenə qarşı həssas olan insanlar azlıq təşkil edir. Lakin bu qrupa aid kişilər barədə bir neçə məqalə dərc edilmişdir. Sonsuzluq bu qrup arasında geniş yayılsa da, testesteron vasitəsilə spermatozoidlərin sayını artırdıqdan sonra uşaq sahibi ola bilən nümunələr də vardır. Androgen həssaslığı olan kişidən dünyaya gələn oğul övladı atasından X xromosomunu almadığına görə bu xəstəlikdən əziyyət çəkməyəcəkdir. Lakin dünyaya gələn qız övlad atasından X xromosomunu aldığına görə daşıyıcı sayılır.,
XX karyotipi Qadın genetikasında (karyotip 46, XX) iki X xromosomu olduğuna görə AR genlərinin sayı da ikidir. Genlərdən biri digərinə nisbətən daha az mutasiyaya uğrayır. Belə qadınlar mutasiya daşıyıcısıdırlar. Bu zaman X xromosomunun inaktivasiyası ilə əlaqədar olaraq daşıyıcılarda bədən tüklərində azalma, cinsi yetkinliyin gecikməsi və boyun normadan artıq uzanması qeydə alınmışdır. Qadın daşıyıcılarda mutasiyaya uğramış AR geninin uşaqlarına ötürülməsi ehtimalı 50%-dir. Əgər mutasiyanın ötürüldüyü uşaq genetik olaraq qadındırsa mutasiya daşıyıcısı olacaqdır, genetik olaraq kişidirsə androgen həssaslığına məruz qalacaqdır. Androgen həssaslığı olan bir kişi ilə genində de novo mutasiyasının olduğu qadının birləşməsindən, hər iki AR genində mutasiyaları olan qadın əmələ gəlir. Lakin belə bir halın meydana gəlməsi demək olar ki, mümkünsüzdür. 2010-cu ildə edilən araşdırmalarda da belə bir hala rast gəlinməmişdir.
Patofiziologiya
Dölün inkişafında androgenlər мини|İnsan embrionunun hansı cinsə mənsub olduğu inkişafın yeddinci həftəsinə qədər bilinmir. мини|300px|Kişi cinsiyyət orqanlarının maskulinləşməsi həm testosteron, həm də dihidrotestosterondan asılıdır..
İnsan embrionları ilk altı həftə ərzində genetik cinsindən (46, XX və ya 46, XY) asılı olmayaraq eyni şəkildə inkişaf edir. Bu müddət ərzində 46, XX və ya 46, XY embrionları arasındakı fərqi izah etməyin yeganə yolu Barr cisimlərini və ya Y xromosomunu axtarmaqdır. Bu zaman gonadlar genital qabarcıq adlanan toxuma çıxıntıları şəklində olurlar. Beşinci həftəyə yaxın genital toxuma çıxıntıları cinsiyyət orqanlarına çevrilirlər. Altıncı həftədə cinsiyyət vəziləri genetik cinsinə görə fərqlənməyə başlayır. Əgər karyotip 46, XY olarsa, SRY geninin Y xromosomuna təsiri nəticəsində testislər inkişaf edirlər. Bu prosesin baş verməsi üçün androgenin və ya funksional androgen reseptorunun olması tələb olunmur.
İnkişafın yeddinci həftəsinə qədər embrionda Müllerian və Volffiandan ibarət müxtəlif kanallar vardır. Bu dövrdə testislərdə olan Sertoli hüceyrələri Müllerian kanallarının inkişafını dayandırmaq və onların degenerasiyasına səbəb olmaq üçün anti-Müllerian hormonu ifraz edirlər. Bu hormonun ifrazı dayanarsa Müllerian kanalları qadın reproduktiv orqanlarına (uşaqlıq, uşaqlıq boynu, fallopiya boruları və yuxarı vagina) çevrilir. Müller kanallarından fərqli olaraq Volf kanallarında azalma müşahidə edilmir. Testosteron və funksional androgen reseptorlarının iştirakı ilə Volf kanalları epididim, vas deferens və seminal veziküllərə çevrilirlər. Əgər testislər testosteronu ifraz edə bilmirlərsə və ya androgen reseptorları düzgün fəaliyyət göstərmirsə Wolff kanalları degenerasiyaya uğrayırlar.
Kişi cinsiyyət orqanlarının maskulinləşməsi həm testosterondan, həm də dihidrotestosterondan asılıdır. Kişi xarici cinsiyyət orqanlarının, eləcə də prostat vəzinin maskulinizasiyasına androgen dihidrotestosteron da təsir göstərir. Testosteron 5-alfa reduktaza fermenti tərəfindən dihidrotestosterona çevrilir. Bu ferment az miqdarda ifraz edildikdə dihidrotestosteron əmələ gəlmir və xarici kişi cinsi orqanı düzgün inkişaf etmir. Daxili kişi orqanlarında olduğu kimi dihidrotestosteron da inkişafda iştirak edən genlərin transkripsiyasını tənzimləmək üçün funksional androgen reseptoruna ehtiyac duyur.
Androgenlərə qarşı həssaslığın patogenezi Androgen reseptor genindəki mutasiyalar androgen reseptor zülalının sintezindən tutmuş dimerləşmiş androgen AR kompleksinin transkripsiya qabiliyyətinə qədər androgenləşmənin istənilən mərhələsində problemlər yarada bilərlər. Androgen həssaslığı bu hadisələrdən ən azı birinin baş verməsi ilə nəticələnə bilər. AR-ni aktivləşdirmək və gen ifadəsini tənzimləmək üçün bu mərhələlərin hər biri düzgün qaydada getməlidir. Müəyyən bir mutasiyanın məhz hansı proseslərə müdaxilə edəcəyini mutasiyanın yerləşdiyi AR bölgəsini müəyyən etməklə proqnozlaşdırmaq olar. Bu proqnozlaşdırma qabiliyyəti əsasən retrospektiv xarakter daşıyır. AR geninin müxtəlif funksional sahələri AR-nin müxtəlif bölgələrindəki spesifik mutasiyaların təsirlərini öyrənməklə müəyyən edilir. Məsələn, steroid bağlayan domendəki mutasiyaların androgen bağlama yaxınlığına və ya saxlanmasına, menteşə bölgəsindəki mutasiyaların nüvə translokasiyasına, DNT bağlama domenindəki mutasiyaların isə dimerləşməyə və hədəf bağlanmasına təsir etdikləri sübut edilmişdir. Məlumdur ki, DNT və transaktivasiya sahəsində mutasiyalar hədəf gen transkripsiyasının tənzimlənməsinə təsir göstərir. Təsirə məruz qalan funksional sahə məlum olsa belə, müəyyən mutasiyanın fenotipik nəticələrini proqnozlaşdırmaq çətindir.
Bəzi mutasiyalar birdən çox funksional sahəyə mənfi təsir göstərə bilirlər. Məsələn, bir funksional domendəki mutasiya domenlərin qarşılıqlı təsirini dəyişdirir və digərinə zərərli təsir göstərir. Vaxtından əvvəl dayanma kodonu və ya çərçivə xətası olarsa, tək mutasiya bütün aşağı axın funksional sahələrə təsir göstərir. Belə bir mutasiya tamamilə yararsız (və ya sintez olunmayan) androgen reseptor zülalının əmələ gəlməsi ilə nəticələnə bilər. Steroid bağlayan domen genin sonunda meydana gəldiyi üçün vaxtından əvvəl dayanma kodonlarının və ya yanlış çərçivənin təsirlərinə xüsusilə həssasdır. Bu səbəbdən onun məlumatı digər funksional sahələrə nisbətən daha az ötürülür və yanlış şərh olunur.