İbn Faris (; ) — İran əsilli ərəb dili üzrə Kufə dil məktəbinə mənsub dil və ədəbiyyat alimi.

Həyatı İbn Faris bir müddət Rey və Həmədanda qalıb, Qəzvində elm öyrənib və Bədiüzzaman Həmədani onun tələbəsidir. Digər alimlərlə yanaşı, o atasından da çox şey öyrənib.

Hazırda əlimizdə olan kitablarında ərəb dilinin mənşəyi və ərəb qəbilələrinin fərqliliyinə görə ərəb ləhcələrinin xüsusiyyətləri və fərqləri haqqında dəyərli qənaətləri mövcuddur.

İbn Faris "Məqayis əl-luğa" kitabında: "Ərəbcə ət-təəhhul sözünün evlənmək mənasında işləndiyini, kişinin əhli onun arvadına və ona ən yaxın insanlara, evin əhli onun sakinlərinə, islam əhli onu qəbul edib Allah-təalanın qoyduğu qayda-qanunlara əməl edən insanlara" — deyildiyini bildirir.

Həmçinin bax Ərəb dili Bədiüzzaman Həmədani

İstinadlar

Xarici keçidlər Əmir Kahayev — İbn Farisin Mucəmu Məqayisul-luğa Adlı Lüğətində Maddə Başlıqlarında Qeyd Edilən Məfhumların İzahı (türk dilində)// Tam mətn Əmir Kahayev — İBN FÂRİS’İN MU‘CEMU MEḲÂYÎSİ’L-LUĠA ADLI ESERİNDE ÖRNEKLERİYLE SÖZLÜK BİLİMİ YÖNTEMİ — PDF

Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Farslar Kateqoriya:Ərəb filoloqlar