Hann (Alone) () – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış sinql. 14 avqust 2018-ci ildə rəqəmsal sinql kimi buraxılmışdır. Mahnının klipi 14 avqustda yayımlanmışdır.
Buraxılması Mahnı 14 avqust 2018-ci ildə "Cube Entertainment" tərəfindən Melon və iTunes kimi bir neçə platformada rəqəmsal sinql kimi buraxılmışdır. Mahnının klipi həmin gün buraxılmışdır. Klip 22 avqust 2019-cu ildə 100 milyon YouTube baxışı keçmiş, qrupun 100 milyon baxışı keçən ikinci klipi olmuşdur. Soyonun əqrəb səhnəsi "2018-ci ilin K-popun Ən Vəhşi Klip Anları" siyahısında 10-cu yerdə göstərilmişdir.
Musiqi və sözlər Mahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır. Mahnı dans-pop və hauz janrlarındadır. Sözləri keçmiş sevgilisini unutmağa çalışan biri haqqındadır.
Qəbul "Hann (Alone)" "Gaon" rəqəmsal hit-paradında 14-cü yerdə debüt etmiş, növbəti həftə 8-ci yerə yüksəlmişdir. "Billboard Korea"nın K-pop Hot 100 hit-paradında 20-ci yerdə debüt etmişdir. "US Billboard"un Dünya Rəqəmsal Mahnılar hit-paradında 2-ci yerdə debüt etmiş, 1000-dən çox nüsxəsi satılmışdır.
Mahnı "Dazed"in "2018-ci ilin ən yaxşı 20 K-pop mahnısı" siyahısında 3-cü yerdə göstərilmişdir. "Idolator" və "The Young Folks" tərəfindən 2018-ci ilin ən yaxşı K-pop mahnılarından biri adlandırılmışdır.
+Musiqi verilişi qalibiyyətləri Veriliş Tarix Show Champion 29 avqust 2018The Show 4 sentyabr 2018 M Countdown 6 sentyabr 2018
İstinadlar
Kateqoriya:I-dle mahnıları Kateqoriya:2018-ci ilin sinqlları Kateqoriya:2018-ci ilin mahnıları