Müşfiq Məmmədov Xıdır oğlu — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi.
Həyatı və fəaliyyəti Müşfiq Məmmədov əslən Laçın rayonundandır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının məzunudur.
O, uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. Məmmədov həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib.
2020-ci ilin dekabrın 15-də Prezidentin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
2023-cü ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsi verilib.
2024-cü ilin mayında Prezidentin müvafiq sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.
2026-cı ilin aprel ayında səhhətində yaranan vəziyyətlə əlaqədar öz arzusu ilə təqaüdə göndərilib.
İstinadlar