Senorita () – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış mahnı. 26 fevral 2019-cu ildə "I Made" minialbomunun əsas sinqlı kimi buraxılmışdır. Mahnının yapon dilində olan versiyası 26 avqust 2020-ci ildə qrupun ikinci Yaponiya minialbomu olan "Oh My God" ilə buraxılmışdır.

Buraxılması Mahnın sözləri Soyon tərəfindən yazılmışdır. O, mahnının "ispanca" hissəsini daha yaxşı vurğulamaq üçün braziliyalı televiziya şəxsiyyəti Karlos Qorito ilə işləmişdir. Soyon "Senorita" mahnısını 2017-ci ildə buraxılmış "Despacito" mahnısından təsirlənərək yazmışdır. Mahnı 26 fevral 2019-cu ildə kliplə buraxılmışdır. Qrup üzvləri klip üçün "Kaja" kosmetika brendi ilə əməkdaşlıq etmişdir.

Musiqi və sözlər "Senorita" latın və rəqs-pop janrlarında olan mahnıdır. Mahnı kastanyet, caz, elektronik effektlər, gitara və flamenko musiqisi ehtiva edir. Mahnının sözləri bir oğlana ilk baxışdan aşiq olan bir qız haqqındadır. Qız öz emosiyalarını inamla "senyor"a çatdırmağa çalışır.

Qəbul Mahnı buraxıldıqdan bir həftə sonra "Gaon Digital" hit-paradında 19-cu yerə yüksəlmişdir. "Billboard Korea"nın "Kpop Hot 100" hit-paradında 10-cu yerə qədər yüksələ bilmişdir. +Mükafatlar İl Təşkilat Mükafat Nəticə 2019Mnet Asiya Musiqi Mükafatı İlin mahnısı align="center" Ən yaxşı rəqs performansı – qadın qrupu 2020 Gaon Hit-Parad Musiqi Mükafatı İlin mahnısı – fevral align="center" +Musiqi verilişi mükafatlarıVerilişTarix Show Champion (MBC Music) 6 mart 2019

İstinadlar

Kateqoriya:I-dle mahnıları Kateqoriya:2019-cu ilin sinqlları Kateqoriya:2019-cu ilin mahnıları Kateqoriya:Rəqs-pop mahnıları