Lələli bulağı — Füzuli rayonunun Yağlıvənd kəndində, O Tay Lələli məhəlləsinin yaxınlığında yerləşir. 1993-cü ilin 15 avqust tarixində Yağlıvənd kəndi işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb.

Bulağın gözü 2024-cü ildə Yağlıvənd kəndinin sakinləri tərəfindən təmizlənərək bərpa edilmişdir.

Haqqında Lələli bulağının tarixi bilinmir. Yağlıvənd kəndinin yeddi əsas məhəlləsindən biri olan O Tay Lələli məhəlləsinin yaxınlığında yerləşdiyi üçün adıçəkilən məhəllənin adı ilə bağlıdır.

Həmçinin bax Yağlıvənd gölü Barat bulağı Əsgərxan bulağı

İstinadlar

Kateqoriya:Azərbaycan bulaqları