Higin Qromatik (; )Hyginus // Encyclopædia Britannica, 11-е изд., Cambridge University Press, 1911. — V. 14, p. 175. — Roma yazıçısı və aqrimensoru. İmperatorlar Domisian, Nerva və Trayanın hakimiyyəti dövründə yaşamışdır. Əsərləri "Corpus agrimensorum Romanorum" kitabına daxildir.

Higinin həyatı və mənşəyi haqqında heç bir şey məlum deyil. O, yazıçı Qay Yuli Higin ilə eyni adı daşıyırdı və ola bilsin ki, onun nəslindəndir. Astronomiya və mifologiyaya dair mövcud traktatlar Qay Yuli Higinə aid edilir.

İstinadlar

Kateqoriya:Qədim Roma yazıçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri