E! News (əvvəllər News Daily və E!News Live kimi də tanınan), ABŞ-da E! kabel şəbəkəsinin əyləncə xəbərləri xidmətidir. 1991-ci il sentyabrın 1-də efirə çıxmaqla həftəiçi gündəlik xəbər buraxılışı ilə başlamışdır. İlk növbədə məşhurlar haqqında xəbərlər və dedi-qodular, qarşıdan gələn filmlərin və televiziya şoularının anonsları, önizləmələri, bu üç mövzunun hamısı haqqında müntəzəm seqmentlər, ümumən film və televiziya sənayesi haqqında xəbərlər verib.

Translyasiyalar

ABŞ-də ABŞ-da şou ilk dəfə 12 sentyabr 1991-ci ildə çıxmışdır.

2019-cu ilədək həftəiçi axşamlar saat 19:00-da və təkrar saat 23:00-da çixırdı.

2020-ci ildə həftəiçi iş günləri saat 7:00-da cıxıb.

Beynəlxalq translyasiyalar Şou Birləşmiş Krallıqda, Almaniyada, Hindistanda, Filippində ABS-da çıxdıqdan sonra göstərilir.

Beynəlxalq versiyaları Şounun müxtəlif ölkələrdə versiyaları da yayımlanır.

Latın Amerikasında Latın Amerikasında şou 2008-ci ilədək yayımlanıb. 2009-cu ildən onu Latın Amerikası şou-biznes, əyləncə industriyası xəbərlərinin iki dəqiqəlik icmalı və cümə axşamları axşam "Həftənin icmalı" adlı yarım saatlıq proqramı saxlanılmaqla Amerika analoqu əvəz edib.

Asiyada Bu gün şounun qısametrajlı kontenti Filippin və İndoneziya daxil Asiya regionunun 15 ölkəsində yayımlanır. Burada Hollivud və Asiya şou-biznesinin əyləncəli xəbərləri verilir.

Kanadada Kanadada amerikan versiyasına əlavə olaraq 2008–2009-cu illərdə yarım saatlıq "E! News Weekend" adlı proqram da çıxıb. 2010-cu ildən proqram üzərinə E! brendi götürmüş kabel kanalına keçirilib.

Ədəbiyyat

Ədəbiyyat

Kateqoriya:Los-Ancelesdə çəkilmiş televiziya şouları