thumb| Təmiz hava qəbul edən Rooftop İVHK qurğusu thumb| Çıxış diffuzorlu havalandırma kanalı . Bunlar havanı otaqlara vurmaq və ya otaqlardan sormaq üçün bina boyunca quraşdırılır. Ortada daha çox və ya daha az havanın boşluğa daxil olmasına icazə vermək üçün havalandırmanı açmaq və bağlamaq üçün damper quraşdırılır. thumb| Məişət İVHK qurğusunun idarəetmə sxemi. İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması (İVHK) dedikdə, qapalı məkanda havanın temperaturu, rütubəti və təmizliyinə nəzarət etmək üçün müxtəlif texnologiyaların istifadəsi mənasını daşıyır. İVHK-nın əsas məqsədi, daxili mühitdə komfort və normalar üzeə qəbuledilən daxili hava keyfiyyətini təmin etməkdir. İVHK sisteminin layihələndirilməsi isə, termodinamika, mayelər mexanikası və istilik ötürülməsi prinsiplərinə əsaslanan mexanika mühəndisliyinin alt sahəsi hesab olunur.

İVHK sistemləri, çoxmənzilli binalar, otellər və yaşayış kompleksləri kimi inşaat strukturlarının mühüm hissəsi hesab olunur; buraya göydələnlər və xəstəxanalar kimi orta və böyük sənaye və ofis binaları; avtomobillər, qatarlar, təyyarələr, gəmilər və sualtı qayıqlar kimi nəqliyyat vasitələrini də əlavə etmək mümkündür.

Havalandırma və ya ventilyasiya (İVHK-də "V") dedikdə, yüksək daxili hava keyfiyyətini təmin etmək üçün hər hansı bir məkanda havanın dəyişdirilməsi prosesi nəzərdə tutulur. Bu prosesə, temperaturun idarə edilməsi, oksigenin içəriyə vurulması və nəm, qoxular, tüstü, istilik, toz, bakteriyalar, karbon qazı və digər qazlar və havanın daxili mühitdən çıxarılması daxildir. İçərinin havalandırılması, havadakı xoşagəlməz qoxuları və həddindən artıq nəmi aradan qaldırır, xarici havanı zonaya daxil edir, daxili bina havasını dövr etdirir və daxili zonada havanın durğunluğunun qarşısını alır. Binanın havalandırılması üsulları mexaniki/məcburi və təbii növlərə bölünür.

Ümumi baxış İstilik, ventilyasiya və havanın kondisiyalaşdırılmasının üç əsas funksiyası bir-biri ilə əlaqəlidir və bunun əsas səbəbi, otağın daxilində məqbul quraşdırma, istismar və texniki xidmət xərcləri daxilində rahatlıq və məqbul daxili hava keyfiyyətini təmin etməkdir. İVHK sistemləri həm məişət, həm də kommersiya mühitində istifadə edilə bilər. İVHK sistemləri binada ventilyasiyanı təmin edə və zonalar arasında hava təzyiqini saxlaya bilər. Havanın zonalara vurulması və sorulması dedikdə, otaq havasının paylanması nəzərdə tutulur.Designer's Guide to Ceiling-Based Air Diffusion, Rock and Zhu, ASHRAE, Inc., New York, 2002

Fərdi sistemlər Müasir binalarda fərdi sistemlərin dizayn, quraşdırma və idarəetmə sistemləri bir və ya bir neçə İVHK sisteminə inteqrasiya olunur. Çox kiçik binalar üçün podratçılar adətən lazım olan sistemin növünü və böyüklüyünü təxmin edir və sonra müvafiq kondisioner və lazım olan müxtəlif komponentləri seçərək sistemi layihələndirirlər. Daha böyük binalar üçün isə, memarlar, mexaniki mühəndislər və kommunikasiya sistemləri mühəndisləri İVHK sistemlərini təhlil edir və layihələndirir. Podratçılar və təchizatçılar isə, layihələndirmədən sonra, sistemləri hazırlayır, quraşdırır və istismara verirlər. Tikinti icazələri və qurğuların standarta uyğunluq yoxlamaları isə, bütün ölçülü binalar üçün tələb olunur.

Rayon şəbəkələri İVHK sistemləri, fərdi binalarda və ya digər qapalı məkanlarda tətbiq olunmasına baxmayaraq, istifadə olunan mərkəzi avadanlıq bəzi hallarda daha böyük mərkəzi isitmə və ya soyutma şəbəkəsinin mənbəyi hesab olunur. Belə hallarda, istismar və texniki xidmət işləri daha da sadələşdirilir və istehlak edilən enerjinin, bəzi hallarda isə daha böyük sistemə qaytarılan enerjinin hesablanması üçün ölçmə tələb olunur. Məsələn, müəyyən bir zamanda bir bina kondisioner üçün soyudulmuş sudan istifadə edilə və sistemdən qayıdan suyun isə başqa bir binanın isidilməsi üçün istifadə edilə bilər.Werner S. (2006). ECOHEATCOOL (WP4) Possibilities with more district heating in Europe. Euroheat & Power, Brussels. Dalin P., Rubenhag A. (2006). ECOHEATCOOL (WP5) Possibilities with more district cooling in Europe, final report from the project. Final Rep. Brussels: Euroheat & Power.

İVHK-nın daha böyük bir şəbəkəyə malik olması, günəş istiliyi,Nielsen, Jan Erik (2014). Solar District Heating Experiences from Denmark. Energy Systems in the Alps — storage and distribution … Energy Platform Workshop 3, Zurich — 13/2 2014Wong B., Thornton J. (2013). Integrating Solar & Heat Pumps. Renewable Heat Workshop.Pauschinger T. (2012). Solar District Heating with Seasonal Thermal Energy Storage in Germany . European Sustainable Energy Week, Brussels. 18–22 June 2012. qışın soyuğu, soyutma üçün göllərin və ya dəniz suyunun bəzi yerlərində soyutma potensialından istifadəyə imkan verən funksiya kimi bərpa olunan enerji mənbələrindən istifadə etməyə kömək edir.

Tarix İVHK sistemlərinin əsas prinsipləri, Nikolay Lvov, Michael Faraday, Rolla C. Carpenter, Willis Carrier, Edvin Ruud, Reuben Trane, James Joule, William Rankine, Sadi Carnot, Alice Parker və bir çox başqaları tərəfindən edilən ixtira və kəşflərə əsaslanır.

Bu müddət ərzində bir çox ixtiralar, 1902-ci ildə Alfred Volf tərəfindən Nyu-York Birjası üçün kondisioner sisteminin dizaynı ilə başlamışdır. Coyne Kolleci 1899-cu ildə İVHK təlimini təklif edən ilk məktəb idi. İlk məişət kondisioneri isə, 1914-cü ildə quraşdırıldı və sonradan, 1950-ci illərdə isə "məişət kondisionerinin geniş tətbiqi" baş verdi.

İsitmə Qızdırıcıların əsas məqsədi, bina üçün istilik mənbəyi rolunu oynamaqdır. Bu isə, mərkəzi istilik təchizatı sistemi vasitəsilə edilə bilər. İsitmə sistemi, fərdi evdə soba otağı və ya böyük bir binada mexaniki otaq kimi mərkəzi bir yerdə yerləşən suyu, buxarı və ya havanı qızdırmaq üçün qazan, soba və ya istilik nasosundan ibarət olur. İstilik isə konveksiya, keçiricilik və ya radiasiya ilə ötürülə bilər.

İstilik qızdırıcıları thumb|Mərkəzi istilik qurğusu Qızdırıcılar bərk yanacaqlar, mayelər və qazlar da daxil olmaqla müxtəlif yanacaq növləri ilə işləyə bilər. İstilik mənbəyinin başqa bir növü elektrikdir ki, bu da adətən yüksək müqavimətli teldən ibarət olan qızdırıcı teldən ibarət olur. Bu prinsip həm də döşəmə tipli qızdırıcılar və portativ qızdırıcılar üçün də istifadə olunur. Elektrik qızdırıcıları tez-tez istilik nasosu sistemləri üçün ehtiyat və ya əlavə qızdırıcı kimi istifadə olunur. İstilik nasosu 1950-ci illərdə Yaponiya və ABŞ-də populyarlıq qazanmışdır.

Paylanma

Su/buxar Qızdırılan su və ya buxar vəziyyətində, istiliyi otaqlara nəql etmək üçün boru kəmərlərindən istifadə olunur. Müasir isti su istilik sistemlərinin əksəriyyəti, isti suyu paylayıcı sistem vasitəsilə hərəkət etdirmək üçün dövretdirici nasosa malikdir. İstilik isə, radiatorlar, radiatorlar (su-hava) və ya digər istilik dəyişdiriciləri vasitəsilə ətrafdakı havaya ötürülə bilər. Radiatorlar divarlarda bərkidilə və ya döşəmənin üzərində quraşdırıla bilər.

Hava İsti hava sistemləri, metal hava kəmərləri vasitəsilə, qızdırılan havanı vurucu sistemlər vasitəsilə paylayır və içəridən sorulan havanı geri qaytarır. Vurulan hava, normal olaraq toz və polen hissəciklərindən təmizlənmək üçün hava filtrlərindən keçirilir.

Təhlükələr Sobaların, yer qızdırıcılarının və qazanların daxili isitmə üsulu kimi istifadəsi natamam yanmaya və karbonmonoksid, azot oksidləri, formaldehid, uçucu üzvi birləşmələr və digər yanma məhsullarının emissiyası ilə nəticələnə bilər. Natamam yanma kifayət qədər oksigen olmadıqda baş verir; yanma prosesinə daxil olanlar, müxtəlif çirkləndiricilər olan yanacaqlardır. Prosesdən xaric olunanlar isə zərərli əlavə məhsullardır. Bunlardan ən təhlükəlisi karbonmonoksiddir və bu qaz, sağlamlığa ciddi mənfi təsirləri olan dadsız və qoxusuz qaz hesab olunur.

Düzgün ventilyasiya olmadan, karbonmonoksid 1000 ppm (0,1%) konsentrasiyalarda öldürücü ola bilər. Bununla belə, insanın bir neçə yüz ppm-də karbon monoksidə məruz qalması baş ağrısı, yorğunluq, ürəkbulanma və qusmağa səbəb olur. Karbonmonoksid qanda hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir, bu isə qanın oksigeni daşımaq qabiliyyətini azaldır. Karbonmonoksidlə bağlı əsas sağlamlıq problemləri, onun ürək-damar və neyrodavranış təsirləridir. Nevroloji olaraq, karbonmonoksidə məruz qalma əl-göz koordinasiyasını, sayıqlığı və davamlı performansı azaldır.

Ventilyasiya Ventilyasiya, temperaturu idarə etmək və ya nəm, qoxu, tüstü, istilik, toz, havadakı bakteriyalar və ya karbon dioksidin hər hansı birləşməsini havadan çıxarmaq və oksigeni vurmaq üçün istənilən məkanda havanın dəyişdirilməsi prosesidir. Binanın ventilyasiyası üsulları mexaniki/məcburi və təbii növlərə bölünə bilər.Ventilation and Infiltration chapter, Fundamentals volume of the ASHRAE Handbook, ASHRAE, Inc., Atlanta, Georgia, 2005

Mexaniki və ya məcburi thumb|350x350px|12 mərtəbəli bina üçün İVHK ventilyasiya atqı sistemi Mexanik və ya məcburi ventilyasiya hava mübadilə qurğusu (AHU) tərəfindən təmin edilir və daxili havanın keyfiyyətinə nəzarət etmək üçün istifadə olunur. Həddindən artıq rütubət, qoxular və çirkləndiricilər tez-tez xarici hava ilə əvəz olunmaqla idarə oluna bilər. Bununla belə, rütubətli iqlimlərdə ventilyasiya olunan havadan artıq nəmi çıxarmaq üçün daha çox enerji tələb olunur. thumb|350x350px|Yeraltı avtomobil dayanacağına xidmət edən sorucu ventilyator. Bu sorucu ventilyatorun işi, daxili yanma mühərrikləri tərəfindən buraxılan çirkləndiricilərin konsentrasiyası ilə bağlıdır. Mətbəx və vanna otağında adətən qoxuları və bəzən rütubəti idarə etmək üçün mexaniki sorucu sistemlər quraşdırılır.

Yayda tavan ventilyatorları və masa/döşəmə ventilyatorları, otaqda oturanların dərisində tərin buxarlanmasını artırmaqla qəbul edilən temperaturu azaltmaq məqsədilə otaqda havanı dövretdirir. İsti hava yuxarı qalxdığı üçün, tavan ventilyatorları isti təbəqəli havanı tavandan yerə doğru dövr edərək qışda otağı daha isti saxlamaq üçün istifadə edilə bilər.

Passiv thumb|Məktəb otaqlarında tətbiq olunan impulsla və ya "plenum" prinsipi ilə aşağı vurma sistemində ventilyasiya (1899) Təbii ventilyasiya, ventilyatorlardan və ya digər mexaniki sistemlərdən istifadə etmədən binanın xarici hava ilə havalandırılmasıdır. ASHRAE təbii ventilyasiyanı, açıq pəncərələr, qapılar, barmaqlıqlar və digər planlaşdırılan bina konstruksiyası boşluqlarından keçən hava axını və təbii və/və ya süni şəkildə yaradılmış təzyiq fərqləri ilə idarə olunan hava axını kimi müəyyən etmişdir.Ventilation and Infiltration chapter , Fundamentals volume of the ASHRAE Handbook, ASHRAE, Inc., Atlanta, GA, 2005

Daha mürəkkəb sxemlərdə, isti havanın yuxarı qalxmasına və yüksək bina çıxışlarından xaricə atılmasına icazə verilir ki, bu da, sərin xarici havanın aşağı konstruksiya boşluqlarına çökməsinə səbəb olur. İsti və ya rütubətli iqlimlərdə yalnız təbii ventilyasiya vasitəsilə termal rahatlığı qorumaq mümkün olmaya bilər. Kondisioner sistemləri burada ehtiyat və ya əlavə olaraq istifadə olunur. Hava ekonomayzerləri həm də boşluqları havalandırmaq üçün kənar havadan istifadə edir, lakin bunu lazım olduqda sərin xarici havanı daxil etmək və yaymaq üçün ventilyatorlar, hava kəmərləri, damperlər və idarəetmə sistemlərindən istifadə etməklə edir.

Təbii ventilyasiyanın vacib komponenti hava dəyişmə misli və ya saatda havanın dəyişməsidir: burada havalandırmanın saatlıq sərfi məkanın həcminə bölünür. Məsələn, saatda altı hava dəyişməsi, hər on dəqiqədən bir məkanın həcminə bərabər olan yeni havanın əlavə edilməsi deməkdir. İnsanların rahatlığı üçün saatda minimum dörd hava dəyişikliyi tipikdir, baxmayaraq ki, anbarlarda bu qiymət, yalnız iki ola bilər. Çox yüksək hava dəyişmə sürəti, saatda minlərlə dəyişiklik olan külək tunelinə bənzəyir, bu isə narahatlıq yarada bilər. Ən yüksək hava dəyişmə dərəcələri izdihamlı yerlər, barlar, gecə klubları, ticarət mətbəxləri üçün saatda təxminən 30–50 hava dəyişikliyidir.