Bar Mitsva () yəhudi oğlan uşaqları üçün, Bat Mitsva () isə qız uşaqları üçün keçirilən bir növ yetkinliyə giriş ayinidir.
Halaxaya görə yəhudi oğlan uşaqları 13 yaşına çatdıqlarında (qız uşaqları isə Ortodoks və Mühafizəkar yəhudilərə görə 12 yaşında) etdikləri hərəkətlərə görə məsuliyyət daşıyırlar və Bar Mitsva (qızlar isə Bat Mitsva) ilə yetkin olurlar. Bu ayindən sonra yəhudi qız və oğlanlara evlənmək, əmlak sahibi olmaq, dini ayinlərin icraçısı olmaq və s. icazəsi verilir.
Həmçinin bax Muheyyiz ayini
İstinadlar
Kateqoriya:Yəhudi mərasimləri Kateqoriya:İvrit dilində sözlər və ifadələr