Məryəm Betül Çavdar () — türk para-taekvondoçu.

O, Yaponiyanın Tokio şəhərində keçirilmiş 2020 Yay Paralimpiya Oyunlarında iştirak etmiş və 49 kq çəki dərəcəsində gümüş medal qazanmışdır. Çavdar 2021-ci ildə İstanbulda keçirilən Taekvondo üzrə Dünya Çempionatında isə K44 kateqoriyasında yarışaraq 52 kq çəki dərəcəsində qızıl medalın sahibi olub.

Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2024 Yay Paralimpiya Oyunlarında medal qazananlar