Andriy İvanoviç Sibiha (; ) — ukraynalı dövlət xadimi, diplomat və hüquqşünas, Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini (2021–2024) və 5 sentyabr 2024-cü il tarixindən Ukrayna Xarici İşlər Naziri. thumb|Andriy Sibiha (2024-cü il)

Həyatı Andriy Sibiha Ternopol vilayətinin Zborov şəhərində anadan olub. 1997-ci ildə Lvov universitetini "beynəlxalq münasibətlər" ixtisası üzrə bitirib. İngilis və polyak dillərini sərbəst bilir.

Karyerası 1998–2002-ci illərdə Ukraynanın Polşadakı səfirliyinin ikinci və birinci katibi olub.

2002–2003-cü illərdə Ukrayna XİN Avropa inteqrasiya idarəsinin hüquqi və humanitar əməkdaşlıq şöbəsinin birinci katibi işləyib.

2003–2005-ci illərdə Ukrayna XİN Muqavilə-hüquq departamentinin beynəlxalq-hüquq əməkdaşlığı şöbəsinin rəisi olub.

2005–2006-cı illərdə Ukrayna XİN Müqavilə-hüquq departamentinin xarici siyasət sferasında beynəlxalq hüquq və qanunvericilik şöbəsinin rəisi işləmişdir.

2006–2008-ci illərdə Müqavilə-hüquq departamentinin direktorunun müavini olmuşdur.

2008–2012-ci illərdə Ukraynanın Polşadakı səfirliyinin müşaviri işləyib.

2012–2016-cı illərdə Ukrayna XİN Konsulluq xidməti departamentinin direktoru vəzifəsini tutmuşdur.

2016-cı il 23 avqust tarixində Ukraynanın Türkiyədəki səfiri təyin olunub. 19 may 2021-ci ildə Ukrayna prezidenti Volodimir Zelenskinin əmri ilə vəzifəsindən azad olunub.

31 may 2021-ci ildə Ukrayna prezidenti Ofisinin rəhbərinin müavini təyin olunub.

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı işğalı zamanı Sibiha Ukraynanın Avropa İttifaqına qəbul olunmaq üçün rəsmi müraciət etdiyini ilk elan edənlərdən olmuşdur. Xarici işlər naziri Dmitri Kulebanın istefasından sonra 2024-cü il sentyabrın 5-də prezident Zelenski tərəfindən Xarici işlər naziri təyin olunmuşdur. Onun təyinatı Ali Rada tərəfindən 258 səslə təsdiq olunmuşdur.

Təltifləri lll dərəcəli "Xidmətə görə" Ordeni (21 avqust 2020-ci il) — Ukraynanın dövlət quruculuğuna, sosial-iqtisadi, mədəni-təhsil və elmi-texniki inkişafına verdiyi əməlli şəxsi töhfəsinə, əhəmiyyətli əmək nailiyyətlərinə və yüksək peşəkarlığına görə; ll dərəcəli "Xidmətə görə" (22 dekabr 2021-ci il) — Ukraynanın beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsində sanballı şəxsi töhfəsinə, çoxillik məhsuldar diplomatik fəaliyyətinə və yüksək peşəkarlığına görə.

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Ukraynanın xarici işlər nazirləri