London tibbi papirusu — qədim Misir papirusu. Londonda, Britaniya Muzeyində saxlanılır. Bu papirusun yazıları 61 reseptdən ibarətdir, onlardan 25-i tibbi, qalanları isə magiyalı reseptlərdir.
Yazının tibbi mövzuları dəri şikayətləri, göz şikayətləri, qanaxma (əsasən sehrli üsullarla ana bətnində uşaq ölümünün qarşısını almaq məqsədi ilə) və yanıqlardır. Papirus ilk dəfə 1912-ci ildə Leypsiqdə Valter Vreszinski tərəfindən nəşr edilmişdir. Papirus BM EA 10059 kimi də tanınır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Papiruslar Kateqoriya:Britaniya muzeyinin kolleksiyası