thumb|Meksika filtrına aid nümunə. Meksika filtrı – inkişaf etməmiş ölkələrdə, xüsusilə, Meksikada baş verən film və televiziya səhnələri üçün istifadə olunan sarı və ya sepiya rəngli filtr.
Tarixi 2000-ci ildə buraxılmış "Traffik" filminin rejissoru Stiven Soderberq filmin Meksikada baş verən səhnələri üçün sarı filtrdən istifadə etmişdir. Tezliklə ABŞ və Avropadakı film istehsalçıları Latın Amerikası və Cənub-Şərqi Asiyada baş verən səhnələri fərqləndirmək üçün bu filtrdən istifadə etməyə başlamışdırlar.
2008-ci ildə yayımlanan, hadisələri Meksika ilə əlaqəli olan "Breaking Bad" serialında sarı rəngli filtrın tez-tez istifadə olunmasından sonra fanatlar bu filtrı "Meksika filtrı" adlandırmışdırlar. "Meksika filtrı" termini 2023-cü ildə baş verən Kanada meşə yanğınları zamanı Nyu-York şəhərinin görünüşünü təsvir etmək üçün istifadə olunmuşdur.
İstifadə Sarı rəngin isti iqlim, kriminalistika, təhlükə ilə əlaqələndirilməsi Meksika filtrından istifadəyə səbəblər kimi göstərilir. Rejissorlar "üçüncü dünya ölkəsi" estetikası yaxalamaq üçün bu filtrı tətbiq edirlər. Meksika filtrının istifadə olunduğu bəzi film və seriallar: "Traffik" "Sikario" "Breaking Bad" "Mişar 10" "Xilasetmə"
Tənqid Meksika filtrı Meksika və Cənub-Şərqi Asiya ölkələrini steriotipik təsvir etdiyinə görə tənqid olunur və haqqında internet memləri hazırlanır.
İstinadlar
Kateqoriya:Film texnikaları Kateqoriya:Steriotiplər