Slavika Cukic Deyanoviç (; ) — serb siyasətçi, uzun müddət Serbiya Sosialist Partiyasının üzvü olmuş və 25 iyun 2008-ci ildən etibarən Serbiya Milli Assambleyasının sədridir.
Slavika Cukic Deyanoviç Serbiya Milli Assambleyasına rəhbərlik edən ikinci qadındır. Nataşa Miçiç 2001-2004-cü illər arasında müstəqil Serbiya Respublikasının parlamentinin ilk sədri olmuşdur.
Bioqrafiyası
Slavika Cukic Deyanoviç 1983-cü ildə Belqrad Universitetinin Tibb fakültəsində magistr dərəcəsi almış, 1986-cı ildə isə doktorantura təhsilini başa vurmuşdur. Deyanoviç 1982-ci ildən etibarən Kraquyevaçdakı Tibb Fakültəsində işləmişdir. 1992-ci ildə professor assistenti, daha sonra isə dosent və birinci assistent olmuşdur. 1996-cı ildə isə professor adı almışdır. 1995-2001-ci illər arasında Kraquyevaçdakı Kliniki Hospitalın direktoru vəzifəsində işləmişdir. SPS candidate elected parliament speaker Deyanoviç Kraquyevaçdakı Psixiatriya Klinikasının direktoru, Tibb Fakültəsinin dekanı və Serbiya Psixiatrlar Assosiasiyasının vitse-prezidenti vəzifələrində işləmişdir. Psixotrop maddələr komissiyasının prezidenti, Elm və Texnologiya Bölməsinin tərkibində fəaliyyət göstərən tibbi tədqiqatlar üzrə şöbənin idarə heyətinin üzvü olmuşdur.
Siyasi karyerası
18 yaşı olarkən Yuqoslaviya Kommunistlər İttifaqının üzvü olmuşdur. Deyanoviç İttifaqın Daimi Fəaliyyət Konfransının rəhbəri və Kraquyevaç Liqasının Bələdiyyə Komitəsinin üzvü idi. Deyanoviç 1990-cı il sentyabr ayının 12-dən Serbiya Sosialist Partiyasının üzvüdür. O, Serbiya Sosialist Partiyasının İcraiyyə Komitəsinin üzvü və Serbiya Sosialist Partiyasının Kraquyevaç Regional Komitəsinin sədri idi. O, 1996-cı ildə birinci dəfə SSP-nin vitse-prezidenti seçilmiş və 1997-ci ilin aprel ayına qədər bu vəzifədə qalmışdır. O, 12 may 2002-ci ildə və 4 dekabr 2006-cı ildə yenidən SSP-nin vitse-prezidenti vəzifəsinə seçilmişdir. O, iki müddət ərzində Serbiya Assambleyasının və Federal Parlamentin üzvü kimi fəaliyyət göstərmişdir. O, Müvəqqəti Serbiya hökümətinin kabinetində 2000-ci ilin oktyabr ayından 2001-ci ilin yanvar ayına qədər Ailə naziri olmuşdur.
İstinadlar
Xarici keçidlər
Official Biography of The President of the National Assembly of Serbia
Kateqoriya:Serbiya Milli Assambleyasının prezidentləri Kateqoriya:Qadın hökmdarlar Kateqoriya:Qadın prezidentlər Kateqoriya:Serbiya nazirləri Kateqoriya:Serbiya prezidentləri