Vaqif Səxavət oğlu Feyzullayev — azərbaycanlı güləş məşqçisi.

Fəaliyyəti Vaqif Feyzullayev uzun illərdir Respublika Olimpiya İdman Liseyində (ROİL) güləş məşqçisi olaraq çalışır. 2008-ci ildə "Tərəqqi" medalı, 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu, 2016-cı ildə isə "əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif edilib.

Yetirmələri Vitali Rəhimov — Avropa çempionu. Həsən Əliyev — Dünya və Avropa çempionu. Eldəniz Əzizli — 4 qat Dünya və 2 qat Avropa çempionu. Taleh Məmmədov — Dünya Çempionatının bürünc, Avropa Çempionatının 3 qat gümüş medalçısı. Murad Bazarov — Avropa Çempionatının bürünc medalçısı. Həsrət Cəfərov — Olimpiya Oyunlarının bürünc medalçısı, 4 qat Avropa çempionu. Nihat Məmmədli — Dünya və Avropa çempionu.

İstinadlar