Conatan Devid Haydt (, ) — amerikalı sosial psixoloq. Əxlaq və əxlaqi duyğular üzrə ixtisaslaşmışdır. Haydt iki kitabın müəllifidir: Xoşbəxtlik hipotezi: Qədim müdriklikdə müasir həqiqəti tapmaq (2004) və “Saleh ağıl: Yaxşı insanlar niyə siyasətə və dinə görə bölünür” (2006). Bu kitab The New York Times bestsellerinə çevrilmişdir. Prospect jurnalı onu qlobal mütəfəkkirlər siyahısına daxil etmişdir. O, TED konfranslarında üç dəfə çıxış etmişdir.

Bioqrafiya

Haydt Nyu-Yorkda anadan olmuş və Skarsdeyldə böyümüşdür. 1985-ci ildə Yel Universitetində fəlsəfə üzrə bakalavr dərəcəsini və 1992-ci ildə Pensilvaniya Universitetində doktorluq dərəcəsini almışdır. Daha sonra Çikaqo Universitetində mədəni psixologiya üzrə təhsil almışdır. Doktoranturadan sonrakı təyinatı zamanı Hindistanın Orissa şəhərində üç aylıq tədqiqat üçün Fulbrayt qrantı qazanmışdır. 1995-ci ildə Virciniya Universitetində dosent vəzifəsini almış və 2011-ci ilə qədər burada çalışmışdır.

1999-cu ildə Haydt müsbət mənəvi emosiyaların tədqiqi olan Pozitiv psixologiya sahəsi ilə məşğul olur. Bu tədqiqatlar 2003-cü ildə Florişinqin, daha sonra isə 2006-cı ildə Xoşbəxtlik hipotezinin () nəşrinə səbəb olmuşdur. 2004-cü ildə o, əxlaqi psixologiyanı siyasətin öyrənilməsinə tətbiq etməyə başlamış, ideologiyanın psixoloji əsasları ilə bağlı tədqiqatlar aparmışdır. Bu iş 2012-ci ildə Saleh ağılın () nəşrinə səbəb olmuşdur.

İstinadlar

Kateqoriya:Nyu-York Universitetinin müəllimləri Kateqoriya:Pensilvaniya Universitetinin məzunları Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1963-cü ildə doğulanlar Kateqoriya:19 oktyabrda doğulanlar Kateqoriya:Vikipediya:Vikiverilənlərdə Azərbaycan dilinə tərcümə olunmamış elementlər olan məqalələr Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Nyu-York şəxsləri