İnstitut — Azərbaycan Respublikasının Samux rayonunun İnstitut qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Tarixi Bu yaşayış məntəqəsi Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Zaqafqaziya Maşın–Sınaq Stansiyasının birləşmiş qəsəbələrindən ibarət olub, 1964-cü ildən isə ərazisindəki elmi–tədqiqat institutunun adı ilə adlandırılmışdır.
1977-ci il üçün tərtib olunmuş inzibati ərazi bölgüsünə görə, bu yaşayış məntəqəsi İnstitut adlanmış və Xanlar rayonunun (indiki Göygöl rayonu) tərkibindəki Çoban Abdallı kənd Sovetinin tərkibində idi.
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 18 fevral 1992-ci il tarixli Qərarı ilə Samux rayonunun təşkil edilməsi, həmçinin həm İnstitut qəsəbə sovetinin, həm də ki Çoban Abdallı kənd sovetinin Xanlar rayonunun (indiki Göygöl rayonu) tərkibindən Samux rayonunun tərkibinə verilməsi qərara alınmışdı.
Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanunu ilə İnstitut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki İnstitut qəsəbəsinin ərazisindən 76,45 ha, Bağbanlar kəndinin ərazisindən 25 ha Gəncə şəhərinin ərazisinə verilməsi qərara alınmışdı.
Coğrafiyası və iqlimi Qəsəbə Gəncəçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi Əhalisi 2000 nəfərdir. Əhalisinin əsasını azərbaycanlılar təşkil edir. Bundan başqa ruslar, ukraynalılar da yaşayır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Samux rayonunun qəsəbələri