Ambroz Qvinnet Birs (; ) — ABŞ yazıçısı, jurnalisti, yumoristik və qorxulu hekayələrin müəllifi.
ABŞ vətəndaş müharibəsi (1861–1865) iştirakçısı olan Birs bir növ reportyor kəskinliyi, barışmazlığı və sadəliyi ilə seçilmişdir. Bu, təkcə məqalə və esselərində yox, həm də bədii ədəbiyyatda və poeziyada özünü göstərmişdir. Buna görə o, "Mərhəmətsiz Birs" () ləqəbini qazanmışdır. Birs şair Corc Sterlinq və qorxu hekayəsi yazıçısı Vilyam Çemberz Morrou kimi gənc yazıçıları dəstəkləmişvə onları həvəsləndirmişdir.
Ömrünün sonunda iki oğlunun vaxtsız ölümü, həyat yoldaşından boşanma, işəgötürənlərlə problemlər səbəbilə darmadağın olan Birs vətəndaş müharibəsinin davam etdiyi Meksikaya getmişdir. Onun evə yazdığı son məktubu 26 dekabr 1913-cü il tarixli olmuşdur, bundan sonra yazıçı izsiz yoxa çıxmışdır. Birsinölüm yeri və vaxtı hələ də dəqiq bilinmir.
Ambroz Birsin ədəbi irsi müasirləri və davamçıları tərəfindən yüksək qiymətləndirilmişdir. Onun "Bayquş axını körpüsünün üzərindəki hadisə" hekayəsi ABŞ ədəbiyyatının klassiki hesab olunur. O, Qərb ədəbiyyatında ən çox oxunan və təsirli hekayə müəlliflərindən biridir.
İstinadlar
Kateqoriya:XIX əsr ABŞ yazıçıları Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Qorxu yazıçıları Kateqoriya:İtkin düşənlər Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ-nin kişi şairləri Kateqoriya:Aforistlər Kateqoriya:ABŞ abolisionistləri Kateqoriya:Ölü elan olunmuş şəxslər