– Yaponiya siyasətçisi, Yaponiya Sosialist Partiyasının rəhbəri. 1961-ci ildəki bir çıxışı zamanı Otoya Yamaquçi tərəfindən öldürülmüşdür.

Həyatı İneciro Asanuma 1898-ci ildə Miyakecima adasında doğulmuşdur. O, bir neçə dəfə dövlət qulluğu imtahanından kəsildikdən sonra 1923-cü ildə Vaseda Universitetindən məzun olmuşdur. Burada tələbə hərəkatında iştirak etmişdir. 1922-ci ildə Yaponiya Kommunist Partiyasına qoşulsa da, proletar siyasətlə məşğul olmaq üçün 1924-cü ildə partiyadan ayrılmışdır. 1923-cü ildə Yaponiya Mədən İşçiləri Birliyinə qoşulmuş, 1925-ci ildə Fermer-Fəhlə Partiyasının baş katibi seçilmişdir. Partiya tezliklə hökumət tərəfindən bağlanmışdır. Aşio mədənindəki aksiyaları dəstəklədiyi üçün 5 aylıq həbsdə olmuşdur.

1933-cü ildə Tokio Şəhər Şurasına qəbul olunmuş, 1936 və 1937-ci illərdə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilərək Sosial Kütlələr Partiyasını təmsil etmişdir. O, antiimperialist olsa da, 1932-ci ilə qədər Mancuriyanın "müstəqilliyini" dəstəkləmişdir. O, partiyasının sağçı "Tohokay" təşkilatı ilə birləşməsinə çalışmışdır. 1940-cı ildə Takao Saytonun parlamentdəki antimüharibə çıxışını tənqid etmişdir.

Müharibədən sonra İkinci Dünya müharibəsindən sonra Yaponiya Sosialist Partiyasının qurulmasında iştirak etmişdir. 1946–1958-ci illərdə 7 dəfə Yaponiya parlamentinə seçilmişdir. 1948-ci ildə partiyanın baş katibi, 1960-cı ilin martında partiyanın prezidenti olmuşdur.

Müharibədən sonra Yaponiya sosialistlərinin lideri olan Asanuma Yaponiya Sosialist Partiyasının yenidən silahlanmaya qarşı olan mövqeyinə başçılıq etmiş, 1957 və 1959-cu illərdə Çinə göndərilmiş partiya nümayəndəliklərinin başçısı olmuşdur. 1959-cu ildəki Çin səfəri zamanı Asiyadakı ABŞ imperializmini tənqid etmişdir. 1960-cı ildəki Yaponiya–ABŞ təhlükəsizlik müqaviləsinin imzalanmasına qarşı olan hərəkata başçılıq etmişdir. 1960-cı ildə seçkilərlə bağlı çıxışı zamanı sağçı bir aktivist tərəfindən bıçaqlanaraq öldürülmüşdür.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Yaponiya sosialistləri Kateqoriya:Yaponiya siyasətçiləri Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Panasiyanistlər