Bonsai Kitten () — oxuculara pişik balasını bir bankada necə böyütmək barədə təlimat verdiyini iddia edən yalançı bir veb sayt idi. Düşüncəyə görə böyüdükcı pişik balasının sümükləri bonsay bitkisi kimi qabın şəklini almalı idi. Sayt Michael Wong Chang ləqəbli Massaçusets Texnologiya İnstitutu tələbəsi tərəfindən hazırlanmışdı. Veb sayt bir çox insanın bunu ciddi qəbul etməsi və heyvan hüquqları təşkilatlarına şikayət etməsi ilə qəzəb doğurdu. bildirdi ki, "saytın məzmunu saxta olsa da, apardığı təbliğat heyvanlara qarşı zorakılığa səbəb ola bilər". Veb sayt hazırda fəaliyyət göstərmir.
Veb saytla bağlı narahatlıqlar 30 oktyabr 2000-ci ildə "BonsaiKitten.com", "Cruel.com" saytında "Günün Qəddar Saytı" kimi təqdim edildi. Şiakryətlərdən sonra bağlantılar silindi. Lakin BonsaiKitten.com saytına olan keçidlər bütün dünyaya yayıldıqdan sonra bir çox heyvansevər və şikayətlər göndərdilər. URL tənqidlərə səbəb oldu və sayt bağlandı.
Həmçinin bax Ayağın bağlanması Kvadrat qarpız
İstinadlar
Xarici keçidlər http://bonsaikitten.com/-un Wayback Machine üzərindəki arxivi
Kateqoriya:İnternet memləri Kateqoriya:Şəhər əfsanələri