Nyu-Vestminster () — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən şəhərdir. Şəhərin əsası Britaniya Kolumbiyası koloniyasının ikinci paytaxtı kimi qoyulmuşdur.

Şəhərin əhalisi 78,916 nəfər (2021-ci ilə qədər) təşkil edir.

Coğrafiya Nyu-Vestminster Berrard yarımadasında, Freyzer çayının şimal sahilində yerləşir. Vankuverdən 19 km cənub-şərqdə yerləşən şəhər Bernabi () və Kokuitlam () şəhərləri ilə həmsərhəddir. Çayın qarşı sahilində isə Freyzer () rayonunun Sarri () şəhəri yerləşir. Nyu-Vestminsterin Kvinsboro () adlanan hissəsi Lulu adasının şərq hissəsini əhatə edir və Riçmondla () həmsərhəddir.

İstinadlar