Binədərəsi (əvvəlki adı: Banazur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Banazur kəndi Binədərəsi kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binədərəsi kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası XIX əsrdə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı təhrif olunaraq Banazur adlandırılmışdır. Oykonim bana (alcaq tirə) və zur (ust, təpə) sözlərindən düzəlib, "tirənin üstü" deməkdir. Kəndin adı 1992-ci ildən Binədərəsi kimi rəsmiləşdirilmişdir. Keçən əsrin əvvəllərində Qubadlı qəzasında Binədərəsi kəndi qeydə alınmışdır. Oykonim "müvəqqəti yaşayış məntəqəsi olan dərə" mənasındadır.

Tarixi

Tarixi abidələri Binədərəsi kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi4334MəbədQeyd olunmayıbBinədərəsi kəndiMemarlıqYerli

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə, Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Binədərəsi kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri