Devid Bial (; ) — yəhudi tarixi üzrə ixtisaslaşmış ABŞ tarixçisi.
Bial 1971-ci ildə Berklidə Kaliforniya Universitetində tarix üzrə dərəcə qazanmış və 1972-ci ildə müasir Avropa tarixi üzrə magistr dərəcəsini tamamlamaq üçün universitetdə qalmışdır. Doktorluq təhsili zamanı Bial yəhudi tarixi üzrə ixtisaslaşmış və 1977-ci ildə Los-Anceles Kaliforniya Universitetindən fəlsəfə doktoru dərəcəsi almışdır. 1977-ci ildən 1986-cı ilə qədər SUNY Binhemtonda tarix fakültəsində dərs demiş və Yəhudi Tədqiqatları Proqramına rəhbərlik etmişdir. 1986–1999-cu illərdə Bial Yəhudi Tarixi üzrə Koret Professoru və Aspirant Teoloji İttifaqında Yəhudi Araşdırmaları Mərkəzinin direktoru olmuşdur. Daha sonra Emanuel Ringelblum Yəhudi Tarixi üzrə Görkəmli Professor kimi Deyvis Kaliforniya Universitetində çalışmışdır. Bial 1999-cu ildə Guggenhem təqaüdü almışdır.
28 iyul 2024-cü ildə Bial 75 yaşında prostat xərçəngindən vəfat etmişdir.
İstinadlar
Kateqoriya:ABŞ tarixçiləri Kateqoriya:XX əsr tarixçiləri