Bəlucistan Azadlıq Ordusu — mərkəzi Əfqanıstanda yerləşən bəluc etnomillətçi militant separatçı təşkilat. Bəlucistan Azadlıq Ordusunun ilk qeydə alınmış fəaliyyəti 2000-ci ilin yayında, Pakistan hakimiyyətinə qarşı bir sıra bombalı hücumların məsuliyyətini öz üzərinə götürdükdən sonra olmuşdur. Təşkilat Pakistan, Birləşmiş Krallıq və ABŞ tərəfindən terror təşkilatı siyahısına salınmışdır.

Bəlucistan Azadlıq Ordusu əsasən Pakistanın ən böyük əyaləti olan Bəlucistanda fəaliyyət göstərir və burada Pakistan Silahlı Qüvvələrinə, mülki şəxslərə və xarici vətəndaşlara qarşı hücumlar həyata keçirir.

İstinadlar

Kateqoriya:ABŞ tərəfindən terror təşkilatı olaraq tanınmış təşkilatlar Kateqoriya:Bəlucistan Kateqoriya:Partizan hərəkatları Kateqoriya:Terror təşkilatları