– Yaponiya xristian sosialisti və pasifisti. Yaponiyada beysbol idmanının inkişafına verdiyi töhfələr səbəbilə "Yaponiya beysbolunun atası" kimi və sosialist fəaliyyətlərinə görə "Yaponiya sosializminin atası" kimi tanınır.

İlk illəri 1865-ci ildə Yaponiyanın Fukuoka şəhərində doğulmuşdur. Kiotoda yerləşən Doşişa Universitetindən məzun olmuş, universitetdə Co Niicimanın təsiri ilə xristian olmuşdur. Bir müddət Okayama prefekturasında keşiş kimi xidmət verdikdən sonra 1891-ci ildə ABŞ-yə səyahət edərək Hartford Teologiya Məktəbində təhsil almışdır. Burada xristian sosializmi ilə tanış olmuşdur.

1895-ci ildə Yaponiyaya qayıtdıqdan sonra sosial islahatlarla məşğul olmağa və orta məktəblərdə dərs deməyə başlamışdır. 1903–1926-cı illərdə Vaseda Universitetinin professoru olmuşdur.

Fəaliyyəti Abe Yaponiyada bir çox sosialist təşkilatın yaradılmasında iştirak etmişdir. O, 1901-ci ildə Yaponiyada rəsmi olaraq tanınmış ilk sosialist partiya olan yaratmış və partiyanın manifestini yazsa da, partiya iki gün sonra hökumət tərəfindən ləğv olunmuşdur. 1926-cı ildə davamçı partiyanı və 1932-ci ildə qurmuş, bu partiyaların sədri olmuşdur. Partiyanın sağa meyil etməsindən sonra 1940-cı ildə partiyasını qurmuş, lakin partiya tezliklə hökumət tərəfindən ləğv olunmuşdur.

1904–1905-ci illərdə baş verən Rus-yapon müharibəsinə qarşı olmuş, öz fikrini nəşrlər vasitəsilə çatdırmağa çalışmışdır. 1905-ci ildə Naoe Kinoşita və Sanşiro İşikava ilə birlikdə jurnalını nəşr etdirmişdir, 1907-ci ildə "Heimin Shimbun" qəzetinin yenidən yaradılmasında iştirak etmişdir. 1910-cu ildə baş verən Vətənə xəyanət insidentindən sonra radikal sosialistlərdən uzaqlaşmışdır.

Abe 1921-ci ildə Yaponiya Fabian Cəmiyyətinin təsisçilərindən biri olmuş, 1924-cü ildə cəmiyyətin sədri seçilmişdir. O, Yuaykay kimi bir sıra həmkarlar ittifaqlarında fəaliyyət göstərmişdir. Yuaykayın məsləhətçisi olmuş və təşkilatın jurnalı üçün yazılar yazmışdır. 1928–1940-cı illərdə Yaponiya parlamentinin üzvü olmuşdur. Müharibənin yaxınlaşmasına etiraz edərək 1940-cı ildə parlamentdən çıxmışdır. İkinci Dünya müharibəsindən sonra yaradılmış məsləhətçisi olmuşdur.

Abe pasifist olmuş və Yaponiyanın sülh ənənələrini vurğulamışdır. Doğum nəzarətini müdafiə etmiş, lisenziyalı fahişəlik hərəkatında iştirak etmişdir.

"Yaponiya beysbolunun atası" Abe Yaponiyada beysbol idmanının inkişafı üçün töhfələrə görə "Yaponiya beysbolunun atası" kimi tanınır. O, 1901-ci ildə Vaseda Universitetində "Vaseda" beysbol klubunu yaratmış və 1926-cı ilə qədər komandanın meneceri olmuşdur. 1905-ci ildə komandanı ABŞ turuna aparmışdır. Vaseda–Keyo beysbol rəqabətini başlatmış, Tokio Böyük Altılıq Beysbol Liqasının əsasını qoymuşdur. Kano Ciqoro ilə birlikdə Yaponiya Həvəskar İdman Növləri Assosiasiyasını yaratmışdır.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Əsərlərinin kataloqu

Kateqoriya:Yaponiya pasifistləri Kateqoriya:Yaponiya sosialistləri Kateqoriya:Yaponiya feministləri Kateqoriya:Yaponiya protestantları Kateqoriya:Vaseda Universitetinin müəllimləri Kateqoriya:Yaponiyada beysbol