Zəlim Tçkayev () — Azərbaycanı təmsil edən cüdoçu.
1 mart 2026-cı il tarixinə olan məlumata görə, 320 xal göstəricisi ilə Azərbaycan idmançılarının reytinqində yeddinci yeri tutur.
Karyerası Zəlim Tçkayev 2015-ci ildə sambo üzrə yeniyetmələr arasında Rusiya Çempinatının qalibi oldu. 2016-cı ildə isə o, sambo üzrə Rusiya və Dünya çempionu, həmçinin Finlandiyada cüdo üzrə gənclər arasında Avropa çempionu oldu. 2017-ci ildə də Zəlim Tçkayev sambo üzrə Rusiya və Dünya Çempionatlarının qalibi oldu.
2021-ci ilin yanvarında cüdo üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2022-ci ildə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. Həmin il o, həm də Əbu-Dabi şəhərində IJF Grand Slam turnirini bürünc medalla başa vurmaqla nüfuzlu turnirlərdə birinci uğuruna imza atdı. 2023-cü ilin sentyabrında isə Azərbaycanda IJF Grand Slam turnirinin qalibi olan Zəlim Tçkayev Yaponiyada baş tutan analoji turnirin bürünc medalına sahib oldu.
2024-cü ilin fevral ayı ərzində Fransa və Azərbaycanda baş tutan IJF Grand Slam turnirlərində müvafiq olaraq gümüş və qızıl medallara sahib oldu. IJF olimpiya reytinq cədvəlinə əsasən Zəlim Tçkayev və Səid Mollayi olimpiya normativinə uyğun idi, amma olimpiada da bir MOK-u ancaq bir idmançı təmsil etməlidir deyə Azərbaycan Cüdo Federasiyası Tçkayev və Mollayi arasında seçim apardı. İyulun 1-də federasiya olimpiada da Zəlim Tçkayevin mübarizə aparması barədə qərar qəbul etdi.
7 oktyabr 2026-cı ildə Bakıda keçirilən dünya cüdo çempionatında Zelim Tskayev (81 kq) 1/16 finalda ipponla Viktor Sterpunu məğlub etdi, 1/8 finalda BƏƏ təmsilçisi Nuqzar Tatalaşvilini məğlub etdi, 1/4 finalda belçikalı Mattias Kasseni məğlub etdi, yarımfinalda qazaxıstanlı Abılayxan Jubanazarı məğlub etdi, finalda gürcüstanlı rəqibi Tato Qriqalaşviliyə uduzdu və gümüş medal qazandı.
Reytinq 19 May 2025-ci il Beynəlxalq Cüdo Federasiyası (-81 kq) reytinq cədvəlinə əsasən Zəlim Tçkayev 4274 xal ilə 6-ci yerdədir
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi cüdoçuları Kateqoriya:Azərbaycanın olimpiya cüdoçuları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Rusiya cüdoçuları Kateqoriya:Rusiya idman ustaları