Oz ölkəsinin cadugəri — rejissor Viktor Flemminqin 1939-ci ildə çəkdiyi film. Əsas rolları Cudi Qarlend, Rey Bolger, Jack Haley, Bert Lahr və Frank Morqan ifa edirlər. Film “Metro-Goldwyn-Mayer”dən Mervin LeRoy tərəfindən istehsal edilmiş.

“Oz ölkəsinin cadugəri” Amerika Film İnstitutunun 100 Ən Yaxşı ABŞ Filmi siyahısının ilk onluğuna salınmış və Milli Film Registerində qeydiyyata alınmışdır.

Məzmun Qasırğa Doroti və balaca iti Totonu evlə birlikdə göylərə qaldırır, sonra sehrli yaşıllığa endirir – Oz ölkəsinə. Sən demə, qasırğanın çərpələng kimi uçurduğu ev cadugərin üstünə düşərək onu öldürüb, zülmdən qurtulan yerlilər Dorotiyə təşəkkürlərini bildirir... Doroti Kanzasa qayıtmaq üçün Zümrüd şəhərində yaşayan Oz sehrbazını axtarmağa başlayır. Sarı kərpicli yol ilə gedən qız qəribə varlıqlarla qarşılaşır: içi saman dolu müqəvva, tənəkə adam, qorxaq aslan. Oz sehrbazını axtarmağa yollanan dostlar səfər zamanı sürprizlərlə, təhlükələrlə üzləşirlər. Dorotinin tək istəyi Kanzasa qayıtmaqdır, məntiqli və düşüncəli Müqəvva beynini, həssas və emosional Dəmir Odunçu ürəyini, çox güclü və qorxusuz Aslan isə cəsarətini axtarır... Dorotinin başına gələn, möcüzəli macəralar o qədər ağlasığmazdır ki... Son anda gümüş başmaqları Dorotinin köməyinə gəlir...

Rollarda Cudi Qarlend — Doroti Ray Bolger Jack Haley Bert Lahr Frank Morqan Marqaret Hamilton

Həmçinin bax ABŞ filmlərinin siyahısı

İstinadlar

Xarici istinadlar

Kateqoriya:1939-ci ilin filmləri Kateqoriya:Viktor Fleminqin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:ABŞ-nin musiqili fentezi filmləri Kateqoriya:Hadisələrin fermada cərəyan etdiyi filmlər Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:Dostluq haqqında filmlər Kateqoriya:Yuxular haqqında filmlər Kateqoriya:Pyeslərə adaptasiya edilmiş filmlər Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:"Dünyanın yaddaşı" siyahısında olan obyektlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Fantastika romanları əsasında çəkilən filmlər Kateqoriya:Dramlar Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri Kateqoriya:Cadugərlik haqqında filmlər Kateqoriya:Musiqili filmlər Kateqoriya:Fentezi romanları əsasında çəkilən filmlər