Balabəy Ağayev () — Azərbaycanı təmsil edən cüdoçu.
Karyerası Balabəy Ağayev 2017-2018-ci illərdə yeniyetmələr arasında beynəlxalq turnirlərdə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib oldu. 2018-ci ildə U-21 Azərbaycan Çempionatının qalibi oldu, U-23 Azərbaycan Çempionatı və seniorların Azərbaycan Çempionatını isə bürünc medallarla başa vurdu. Həmin il Sofiya şəhərində (Bolqarıstan) gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olan Balabəy Ağayev həm də Nassauda gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu.
Bir müddət hərbi xidmətlə bağlı olaraq idmandan uzaqlaşan Balabəy Ağayev 2021-ci ildə Fransanın Paris şəhərində baş tutan IJF Grand Slam turnirində bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.
2022-ci ildə Balabəy Ağayev əvvəlcə Portuqaliyada IJF Qran-Pri turnirinin gümüş medalına sahib oldu. Apreldə Sofiya şəhərində Avropa Çempionatını beşinci pillədə başa vurduqdan sonra avqustda Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu, həmçinin IJF Grand Slam turnirlərinin BƏƏ mərhələsində bürünc, Azərbaycan mərhələsində isə qızıl medallara sahib oldu. İlin sonunda Qüds şəhərində IJF World Masters turnirini bürünc medalla tamamladı.
Balabəy Ağayev 2023-cü ilin fevralında növbəti dəfə Fransanın Paris şəhərində baş tutan IJF Grand Slam turnirində bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Amma ilin növbəti turnirlərini — IJF Grand Slam turnirlərinin İsrail və Yaponiya mərhələlərini, həmçinin Macarıstanda IJF World Masters turnirini beşinci pillələrdə başa vurdu.
2024-cü ilin fevral və mart aylarında IJF Grand Slam turnirlərinin Azərbaycan və Gürcüstan mərhələlərinin bürünc medallarına sahib olan Ağayev apreldə Xorvatiyanın Zaqreb şəhərinin ev sahibliyində baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. Nəticədə Balabəy Ağayev IJF olimpiya reytinq cədvəlində mövqeyini daha da yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.
27 fevral 2026-cı il tarixində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
29 oktyabr 2026-cı ildə Abu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində Balabəy Ağayev 60 kq-dək çəki dərəcəsində qızıl medal qazandı.
Reytinq 19 May 2025-ci il Beynəlxalq Cüdo Federasiyası (-60 kq) reytinq cədvəlinə əsasən Balabəy Ağayev 2720 xal ilə 10-cu yerdədir
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi cüdoçuları Kateqoriya:Azərbaycanın olimpiya cüdoçuları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Azərbaycan olimpiya idmançıları