Souk Eye — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"da səsləndirilmiş mahnı. Albomun qapanış trekidir.

Yazılması

Deymon Albarn bu trek üçün ilk demonu Kaliforniyadakı Modrian hotelində "Humanz" albomu üçün etdiyi konsert turu əsnalarında qeydə alıb. Bu ilkin material sonda iki fərqli mahnını ortaya qoyub — "Souk Eye" və "Hollywood". Mahnının yazılması prosesi qrupun sənədli filmi olan "Gorillaz: Layiqsiz kumirləri rədd edin"də göstərilir.

Gorillaz 1 iyun 2018-ci ildə Almaniyanın Nürnberq şəhərində baş tutan "Rock Im Park" musiqi festivalı zamanı "Souk Eye" mahnısını ilk dəfə canlı olaraq ifa edib.

İstinadlar

Kateqoriya:Gorillaz mahnıları