– Yaponiyanın paytaxtı Tokioda yerləşən kanalizasiya muzeyi.
Tarixi Muzey 1997-ci ildə Tokionun Koto rayonunda yerləşən Ariake Su Təmizləmə Mərkəzində açılmışdır. 2013-cü ildə aparılmış yenidənqurma işlərindən sonra yenidən açılışı keçirilmişdir.
Xüsusiyyətlər Muzey Tokio Metropolitan Hökumətinin Kanalizasiya Bürosu tərəfindən nəzarət olunan kanalizasiya sistemi haqqında məlumat verir. Burada kanalizasiya borularının, nasos stansiyalarının, su təmizləmə mərkəzinin reproduksiyaları nümayiş etdirilir.
Muzey 6 əsas bölmədən ibarətdir: "Göyqurşağı kinoteatrı", "Yer-kunun evi", "Giriş və kanalizasiya meydanı", "Kanalizasiya borusu", "Su təmizləmə mərkəzi". "Göyqurşağı" kinoteatrında kanalizasiya sistemi və kanalizasiya işçilərinin həyatı haqqında videomateriallar nümayiş etdirilir. "Giriş və kanalizasiya meydanı" bölməsində ziyarətçilər optik illüziya ilə işləyən interaktiv alət qarşısında dayanananda öz hərəkətləri ilə kanalizasiya axınının istiqamətinə təsir göstərə bilirlər. Bu bölmədə kanalizasiya ilə bağlı tədbirlər keçirilir. "Yer-kunun evi" bölməsində tualet düyməsinə basandan sonra su axınının hərəkətini şüşə ilə əhatə olunmuş yeraltı borulardan müşahidə etmək mümkündür. "Kanalizasiya borusu" bölməsində xarab olmuş real kanalizasiya borusu nümayiş etdirilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1996-cı ildə yaradılmış muzeylər Kateqoriya:Yaponiyadakı kanalizasiya muzeyləri Kateqoriya:Tokio muzeyləri Kateqoriya:1996-cı ildə Yaponiyada yarananlar Kateqoriya:Koto (rayon)