– Yaponiya tanka şairi və yapon ədəbiyyatının tədqiqatçısı. Haqinoya təxəllüsündən istifadə etmişdir.

Həyatı 1861-ci ildə Yaponiyanın Rikuzen əyalətində (indiki Miyaqi prefekturası) doğulmuşdur. Oçiay Naoaki tərəfindən övladlığa götürülmüşdür. Tokio Universitetində təhsil almışdır.

"Asakaşa" adlı tanka şairləri qrupunu qurmuşdur. Ənənəvi vaka üslubunu müasirləşdirməklə məşğul olmuş, Yosano Tekkan və Onoe Şayşu kimi müasir tanka şairlərinə təsir göstərmişdir. Onun "Sözəbaxan qız Şiraqikunun mahnısı" şeiri şintayşi poeziyasının qabaqcılı olmuşdur. Mori Oqay ilə birlikdə "Şinseyşa" vaka şairləri qrupunu yaratmışdır.

Əsərləri Əsas əsərlərinə vaka poeziyasından bəhs edən dərslik olan "Şinsen katen" (1891), yapon dilinin tədqiqindən bəhs edən "Nihon day bunten" (1897), esse və vaka şeirlərinin kolleksiyasından ibarət olan "Haqinoya iko" (1904) daxildir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Meyci dövrü şəxsləri Kateqoriya:Vaka şairləri