Mirzə Məlik oğlu Aydəmirov () — Azərbaycan-sovet hüquqşünası və dövlət xadimi, Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1941–1946), Naxçıvan MSSR xalq daxili işlər komissarı (1939–1941).
Həyatı Mirzə Məlik oğlu Aydəmirov 1901-ci ildə Bakı qəzasının Sabunçu qəsəbəsində anadan olmuşdur. Uzun illər Azərbaycan Dövlət Siyasi İdarəsi sistemində müxtəlif vəzifələrdə çalışmış, 1935–1939-cu illərdə Azərbaycan SSR Ali Məhkəməsinin xüsusi kollegiyasının üzvü olmuşdur.
1939-cu ildə Mirzə Aydəmirov Naxçıvan MSSR xalq daxili işlər komissarı vəzifəsinə təyin edilmiş və 1941-ci il avqustun 16-dək bu vəzifədə çalışmışdır. 1941–1946-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur.
Mirzə Aydəmirov "Lenin", "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan SSR Ali Məhkəməsinin sədrləri Kateqoriya:Naxçıvan MSSR xalq komissarları və nazirləri