thumb| Maçaheli dərəsi Maçahel suyu (, Mač'axelisc'q'ali) — Türkiyənin Artvin vilayətindən başlayan və Gürcüstanın Acarıstan Muxtar Respublikasına axan çaydır. Əsas qolları Uğur-Maral və Efeler çaylarıdır. Çay, Gürcüstan sərhədində Çoruh çayına qarışır. Onun ümumi uzunluğu 37 kilometrdir. Onun hövzəsi 369 km²-dir. Axın sürəti 20,8 m³/s təşkil edir.

Maçaheli çayı vadisinin yuxarı hissəsində mövcud olan 6 kənd Türkiyənin sərhədləri daxilində yerləşmişdir. Mərkəzi yaşayış məntəqəsi Camili (Hertvisi). Bu bölgə arıçılıq və keyfiyyətli balı ilə Türkiyədə məşhurdur.

Acarıstan tərəfdə 12 kənd mövcuddur.

Mənbə

Kateqoriya:Avropanın beynəlxalq çayları Kateqoriya:Gürcüstan çayları Kateqoriya:Türkiyə çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları